Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ



Yüklə 1,2 Mb.
səhifə111/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   107   108   109   110   111   112   113   114   ...   133

AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ


İslam dininin əsaslarından biri axirət inancıdır. Peyğəmbər təlimlərinin ruhunu təşkil edən bu inanc haqqında ayə və rəvayətlər çoxdur. Bir çox ayələrdə dünya və axirət həyatı müqayisə olunur.

Məada ‒ ölümdən sonra həyatın varlığına iki baxış mövcuddur; bəziləri iddia edirlər ki, ölüm sondur, ikinci baxış isə ölümdən sonra əbədi həyatın varlığına dəlillər gətirir.

Dini dünyagörüşün, yəni dindarlığın əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır. Hətta peyğəmbərliyə inanmayan bəzi dinlər də ölümdən sonrakı həyatı qəbul edir. Arxeoloji qazıntılardan alınmış nəticələr sübut edir ki, min illər əvvəl yaşamış insanlarda axirət inancı olub. Onların qəbirlərində axirətdə istifadə etmələri üçün qoyulmuş əşyalar tapılıb. Dini fəlsəfə insanı inandırır ki, yaşadığımız dünya əsl əbədi həyat üçün bir müqəddimədir. Dünya həyatı körpənin ana bətnində keçirdiyi həyata bənzəyir. Bu körpə elə bağlı bir mühitdədir ki, xaricdə daha geniş bir dünyanın olduğunu hiss edə bilməz.

Quran insanı öyrədir ki, bir mövzuya diqqətli olmaq üçün ona təkrar-təkrar qayıtmaq lazımdır. Namazda ilahi ayələrin təkrarlanması bu deyilənə bir sübutdur. Uyğun olaraq Quran insana axirət mövzusunu təkrar-təkrar xatırladır. «Ənkəbut» surəsinin 64-cü ayəsində buyurulur: «Bu dünya həyatı əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır». Başqa bir yerdə buyurulur: «O gün vay halına (axirəti) yalan sayanların»1.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin