Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə118/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   114   115   116   117   118   119   120   121   ...   133

QƏBUL OLUNMUŞ NAMAZIN TƏSİRLƏRİ


Namazın qəbul şərtlərinə əməl edən insanın çöhrəsi məna aləmində günəş tək parlayır. Bəsirət gözlü möminlər bu nuru elə bu dünyadaca görə bilərlər. Aramızda bəsirət gözü açıq olan insanlar var ki, bir baxışla insanın günahkar, yoxsa abid olduğunu hiss edirlər. Çünki ibadətin təsirindən qəlb və ruhun işıqlanması zəruridir. Allah namazı qəbul olunmuş şəxsin həyatını işıqlandırır. «Hədid» surəsinin 28-ci ayəsində buyurulur: «…Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə (Onun yolu ilə) getməyiniz üçün nur bəxş edib sizi bağışlasın».

Təqvalı insanlar maddi zülmətlərə düşdükdə belə Allah onlara hissi bir nur əta edir. Quranı üzündən oxuyan korlar az olmayıblar. Ariflərdən biri nəql edir ki, gecə kor tələbənin hücrəsinə girərkən gördüyüm səhnədən heyrətə düşdüm. Onun gözlərindən əlindəki Qurana iki şüa yönəlmişdi!

Bəzən həyatda elən insanlarla qarşılaşırsan ki, səbr kasanı daşdırır. Belə məqamlarda insanın özünə nəzarət etməsi olduqca çətindir. Amma namazı qəbul olunmuş şəxslərə gözəl səbr əta olunur. Ömrü faydalı olduğundan Allah belə insanları mələklərlə hifz edir. Onun duası qəbul olur. O behişt çiçəkləri kimi həmişə təravətlidir. Onda dini elmlərə olan maraq sabit və ülvidir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin