Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə125/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

ƏHLİ-BEYT MƏHƏBBƏTİ


Cəsarətlə demək olar ki, biz şiələrin İslamdan olan biliyinin 90 faizi Əhli-beytdən öyrəndiklərimizdir. Bu sözü başqa məzhəblər haqqında da demək olar. Sonuncu Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra bəşəriyyət üçün yeganə ilahi bilik mənbəyi Əhli-beyt məsumlarıdır. Onlar üç əsr ərzində insanları ilahi maariflə tanış etmişdir. Allah-təala Qurani-Kərimdə öz Peyğəmbərinə (s) buyurmuşdur: «De ki, mən sizdən peyğəmbərliyin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm»1. Peyğəmbər (s) insanlardan yalnız Allaha itaət istəyirdi. «Fürqan» surəsinin 57-ci ayəsində buyurulur: «…Mən sizdən ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm». Bu iki ayə Peyğəmbər (s) Əhli-beytinə (ə) olan məhəbbətin əhəmiyyətini açıq-aşkar bəyan edir. Əlbəttə ki, bizim Əhli-beytə məhəbbətimiz yalnız onların Allah dərgahına yaxınlığı ilə bağlıdır.

Əgər Allahın mərifət və məhəbbətini düzgün şəkildə anlayıb xoşbəxt olmaq istəyiriksə, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) ardıcıllıq etməliyik. Allaha məhəbbətin sübutu Peyğəmbərə (s) itaət, Həzrətə (s) itaətinin tərkibi olan Əhli-beytə (ə) bağlılıqdır. Məşhur «Səqəleyn» hədisi deyilənlərə sübutdur.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin