Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə126/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   122   123   124   125   126   127   128   129   ...   133

ƏHLİ-BEYTƏ MƏHƏBBƏTİN YARDIMI


Adi insanlar günahsız olmadıqlarından dini etiqadları, əməlləri qüsurlu ola bilər. Əhli-beytə (ə) məhəbbət insanı bir çox fitnələrdən qurtarıb, nöqsanları aradan qaldırar. Amma Əhli-beyt (ə) vilayətindən uzaqlıq insanı təhlükəli aqibətlə üzləşdirə bilər.

Əgər tarixə nəzərə salsaq hətta kəbirə günahlara yol vermiş insanların Əhli-beyt (ə) işığında tövbəyə nail olduğuna şahid olarıq. Əksinə, dini göstərişlərə ciddi əməl edib, lakin Əhli-beyt məhəbbətindən məhrum olduğu üçün süquta uğrayanlar da az deyil.

Mərhum Teyyub imam Hüseynə (ə) xüsusi sevgisi ilə seçilən insanlardan idi. Onun əzadar dəstəsi məhərrəm mərasimlərində məşhur idi. Teyyub məlum Xordad hadisələrində həbs olunmuşdu. Xəfiyyələr Teyyubdan tələb edirdilər ki, qiyamda iştirak üçün imamdan pul aldığını etiraf etsin. Belə bir izahat müqabilində onu azad edəcəklərinə söz verirdilər. Amma Teyyub Allah rizasına qiyama qalxdığını bəyan etdi. Mücahid müsəlmanı dara çəkdilər…

Bu hadisədən sonra çoxları Teyyubu yuxuda gördü. Onun yaxın dostlarından biri müəlliflə görüşündə Teyyubun xatirəsinə Quran açmağı xahiş etdi. Allah şahiddir ki, səhifənin ilk sözü «teyyib» və ilk ayəsi bu idi: «Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar»1.

Teyyub adi bir müsəlman idi. Amma Əhli-beytə aşiq olan adi bir müsəlman! Məhz bu məhəbbət Teyyubu xeyirli bir aqibətə ‒ şəhadətə qovuşdurdu.

Bunu da qeyd etməliyik ki, insanın qəlbi elə həddə çirklənə bilər ki, Əhli-beyt məhəbbətinə layiq olmaz.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin