Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə13/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   9   10   11   12   13   14   15   16   ...   133
3. Günahların keyfiyyətinə diqqət. Günahlar keyfiyyətinə görə müxtəlifdir. Elə günah var ki, ona bir dəfə yol vermək yetmiş il başqa bir günaha yol verməyə bərabərdir. Günahın böyük-kiçikliyinə diqqət vermək zəruridir. Məsələn, bir çox rəvayətlərdə qeybət olduqca çirkin günah kimi təqdim olunur. Bunu da qeyd edək ki, günahı kiçik hesab etməklə onu davam etdirməyin özü böyük günah hesab olunur. Şeytanın hiylələrindən biri günahı insana kiçik göstərməkdir.

4. Vacib buyuruqların icrası. İnsan diqqətli olmalıdır ki, Allahın vacib buyuruqlarını nəzərdən qaçırmasın. Namaz qılıb, oruc tutan oxucu «biz ki, vacibata əməl edirik» düşünərək arxayınlaşmasın. Bu arxayınlıq şeytandandır. Adətən, hər birimiz hansısa vacib bir buyuruğu nəzərdən qaçırırıq. Hətta daim fiqh, Quran və rəvayətlə məşğul olan şəxslər də hansısa vəzifəsindən qəflətdə qalır. Valideynə yaxşılıq, qohum-əqrəbaya baş çəkmək, möminin istəyini yerinə yetirmək və bir çox başqa vacib buyuruqların unudulması imanlı insan üçün böyük bəladır. İctimai və siyasi vəzifələr də nəzərə alınsa vəziyyət bir qədər də mürəkkəbləşər.

Vacib dini vəzifələri nəzərdən qaçırmamaq üçün proqramlı bir həyat yaşamaq, vacib göstərişlərin yazılı qeydiyyatını aparmaq olduqca faydalıdır.



5. Əməlin düzgün icrasına diqqət. Hər bir əməlin qəbulu üçün onun düzgün icra edilməsi şərtdir. Bəzən insan müəyyən bir vəzifəni yerinə yetirdiyi üçün xoşhal olsa da, həmin əməlin düzgün icrasına diqqətsizlik göstərir. Elə də olur ki, insan yerinə yetirdiyi vəzifəsinin ardınca elə bir iş görür ki, əvvəlki iş puça çıxır. Məsələn, namaz qılmaq vacib vəzifədir. Bəzən insan namaz qıldığı və cəmiyyət namazında iştirak etdiyi üçün sevindiyi halda düşünmür ki, bu namaz qəbul dərəcəsinə çatıb, yoxsa yox. Namazda riyaya yol verilibmi? Təkəbbür göstərməklə onu puça çıxarmamışdırmı? Minnət qoyduğumuz üçün verdiyimiz yardım hədər getməyibmi?…

Bəli, əməlin qəbul olma şərtlərinə diqqət göstərmək lazımdır.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin