Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə17/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

ÖVLİYALARIN ALLAHA SIX BAĞLILIĞI


Belə bir bağlılıq mümkündürmü? Mümkündür, bunu təsəvvür etmək çox çətindir. Amma bacarmadığın işi qeyri-insani-mümkün hesab etmək məntiqə sığmır. Allahdan elm öyrənmək üçün Onu düşünməyi yol hesab edən adam bu düşüncədən ayrıla bilərmi? Özünü Allah hüzurunda bilən adam Ondan qəflətdə qala bilərmi? Belə insan danışdığı sözlərdə Allahın razılığını gözləyir. Bəli, belə bəndələr vardır. Onları tanımamağımız onların yoxluğuna dəlalət etmir. Məhz onların varlığı səbəbindən yer üzü mərhəmətə bürünmüşdür. Həyatın davamı üçün həqiqi Əhli-beyt aşiqlərinin varlığı mühüm şərtdir.

Öz əzizini əldən vermiş adamın fikri daim onun yanındadır. Belə bir itkiyə məruz qalmış insan hər hansı bir işlə məşğul olsa da əzizinin fikrindən ayrıla bilmir. Allahı tanıyıb, Onun camal və cəlal sifətlərindən xəbərdar olanlar üçün Allahdan əzizi, Allahdan yaxını yoxdur. Əgər məhəbbət varsa daim məhbub haqqında düşünmək təbii bir haldır. «Bəqərə» surəsinin 165-ci ayəsində oxuyuruq: «İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir».

Allahdan diləmək, Əhli-beyt göstərişlərindən istifadə etmək və onlara bağlanmaqla qəlbimizi Allahın mərifət və məhəbbət nuru ilə işıqlandıra bilərik. Əgər belə bir səadət nəsibimiz olsa və qəlbimizdə Allaha məhəbbət yaransa Onu daim xatırlamaq da çətin olmaz.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin