Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə18/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   14   15   16   17   18   19   20   21   ...   133

ŞEYX ƏNSARİDƏN BİR XATİRƏ


Allahın həqiqətən Onu sevən bəndələri vardır. Onlar bu sevgini heç nə ilə dəyişməzlər. Belələri Allahla ünsiyyət üçün fürsət axtarırlar.

Mərhum Şeyx Ənsari haqqında bu mövzuda söhbətlər çoxdur. İsti bir yay günü mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su gətirməyə gedirlər. Şeyx su gələnədək iki rəkət namaz qılmaq qərarına gəlir. O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin 50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu təsəvvür edin. O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda Quranın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır.

Bəli! Şeyx Ənsari kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və namazdan feyz alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar həqiqətdir, Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında həqiqət!

Əslində risalələri və «Məkasib»i ilə tanış olduğumuz Şeyx Ənsarinin mənəvi aləmindən bir o qədər də xəbərdar deyilik. Belə bir mənəviyyatdan pay almaq üçün Allaha dua edək. Belə olsa ömrümüzün qədrini bilər, Əhli-beyt yolu ilə Allaha yaxınlaşar və onların şəfaətinə nail olarıq.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin