Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə33/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   29   30   31   32   33   34   35   36   ...   133

DİN QARŞISINDA VƏZİFƏLƏRİMİZ


İmam Sadiq (ə) yuxarıdakı buyuruğu bu gün bizə ünvanlamışdır. Dinə ciddi yanaşmalı, dini etiqadlarımız, əxlaqımız və əməllərimizə biganə yanaşmamalıyıq. Unutmaq olmaz ki, dini hökmlərin hər hansı yanlış izahatı başqalarını da doğru yoldan azdırır.

Yəzd alimlərindən biri çox ağlayırmış. Səbəbini soruşduqda, belə cavab verdi: «Qorxuram qiyamətdə deyələr ki, sən öz vəzifələrinə düzgün əməl etsəydin Yəzd kafirləri müsəlman olardı!». Əməllərinə diqqətli olan insanlar bu sayaq narahatdır.

İmam Sadiq (ə) xalqın cəhalətdə olmasına bəzi dindarların əməllərini səbəb göstərir: «Ey Cündəb oğlu, qədim dövrdən cəhalətin bünövrəsi möhkəm olub, çünki dini oyuncağa çeviriblər».

İnsanın bütün rəftarları iki hissədən ibarətdir: insanın zəruri bildiyi ciddi işlər və əyləncə xarakterli qeyri-ciddi işlər.

Allahın dinini oyuncaq hesab edənlər üçün dini vəzifələr adət-ənənə kimi qeyri-ciddi görünür. Onlar bu vəzifələri xalqı razı salacaq formada təfsir etməklə özlərinə müştəri yığırlar. Allahın dini qeyri-ilahi məqsədlər üçün istifadə edilir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin