Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


Doqquzuncu dərs: Əhli-beyt vilayəti nə zaman nicatvericidir



Yüklə 1,2 Mb.
səhifə39/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   35   36   37   38   39   40   41   42   ...   133

Doqquzuncu dərs:

Əhli-beyt vilayəti nə zaman nicatvericidir

Əhli-beyt ARDICILLARI HAQQINDA PİS SÖZDƏN HƏZƏR QIL VƏ BİLMƏDİYİNİ DANIŞMA


Rəvayətin davamında imam Sadiq (ə) möminləri Əhli-beyt ardıcılları haqqında pis danışmaqdan çəkinməyə, hətta onların günahkarları haqqında yalnız yaxşı sözlər danışıb onların günahdan çəkinməsi üçün dua etməyə çağırır. Bu əxlaqi göstərişə əsasən möminlər günahkar din qardaşı ilə əlaqəni kəsib onu cəhənnəm əhli hesab etməməlidirlər. Günaha yol vermiş insanın imanı yerindədirsə onun tövbə edib bağışlanması üçün dua etmək lazımdır.

İnsan öz mömin qardaşı haqqında yaxşı fikirdə olmalı, onu yol verdiyi günaha görə düşmən hesab etməməlidir. Rəvayətdə buyurulur ki, Allah imanını qorumuş insanı dost tutur. Günahkarın özünü yox, onun yol verdiyi günahı düşmən bilir. Əksinə, imansız insan yaxşı bir iş görərsə Allah onun özünü yox, gördüyü işi dost tutur. Biz də öz növbəmizdə mömini dost, onun günahını düşmən bilməli və bu günahdan uzaqlaşması üçün dua etməliyik.

İmam Sadiq (ə) buyurur: «Hər kəs bizim sorağımıza gələrək düşmənlərimizin vilayətini inkar edib bizim vilayətimizi qəbul etsə bildiyini deyib, bilmədiyi şübhəli məsələlərdə sussa, bizim şəfaətimizə nail olub behiştə gedər».

İnsan soruşulan sualın cavabını bilmədikdə susmalı, cavab verməkdən çəkinməlidir. Elə insanlar var ki, heç bir dəlili olmadan təsdiq və ya inkar mövqeyində dayanıb. Mömin özündə cəsarət taparaq bilmədiyi şey haqqında soruşulduqda belə cavab verməlidir: «Bilmirəm. Bu sahədə daha çox biliyi olan mütəxəssisdən soruşun». Əksinə, bir mövzu haqqında kifayət qədər dəlili olanlar öz mövqelərində möhkəm dayanmalıdırlar.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin