Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


ÜMİD VƏ QORXUNUN AGAHLIQDAN ASILILIĞI



Yüklə 1,2 Mb.
səhifə45/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   41   42   43   44   45   46   47   48   ...   133

ÜMİD VƏ QORXUNUN AGAHLIQDAN ASILILIĞI


İnsan qəlbindəki ümid və qorxu onun düşüncəsi, agahlığı ilə əlaqəlidir. Məsələn, üç yaşlı körpə ilə qırx yaşlı yetkin insanın uyğun hissləri tamamilə fərqlənir. Üç yaşlı körpəni nə beynəlxalq münasibətlərdəki gərginliklər, nə də qiyamət sorğusu narahat edir. Adətən, yaşlı insanlar xəstəlikdən, kasıblıqdan qorxduqları halda, gənclər gələcəkdə güclü və varlı olmağa ümid edirlər. Mərifətli, düşüncəli insanlar isə mənəviyyat məsələsinə xüsusi fikir verir, ağıl və inamı itirməkdən qorxurlar. Axirətə inanan insanlar behişt nemətlərinə ümidli olmaqla yanaşı, cəhənnəm əzabından xoflanırlar.

İslam dini ümid və qorxu dairəsinin daha geniş olduğunu bildirir. Dünya nemətləri dalınca qaçıb təkcə xəstəlik, kasıblıq, zəlzələ, ildırımdan qorxan insanı daha qorxulu şeylərdən xəbərdar edir. İnsan üçün mənəviyyatını əldən verib Allahın qəzəbinə düçar olmaq daha qorxuludur. İmanın müxtəlif mərtəbələrində insanın ümid və qorxu hissi də müxtəlif olur. İmanın birinci pilləsində olanlar cəhənnəm əzabından qorxduğu halda, üstün iman dərəcəsində olanlar Allahın razılığını itirməkdən xoflanırlar. Uşaqlar da buna oxşar hiss keçirir. Bəzi uşaqlar ata-ananın verəcəyi cəzadan, bəziləri isə onları narazı salmaqdan çəkinirlər. Saf təbiətli körpələr üçün valideynin soyuq münasibətindən ağır cəza yoxdur. Allahın etinasızlığından qorxu insanın fitri hissidir. Allahın öz bəndəsindən üz döndərməsi Qurani-Kərimdə ən böyük əzablardan biri kimi təqdim olunur: «Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz»1. Çoxları bu əzabın necə ağrılı olduğunu dərk etmir.

Demək, qorxu və ümid təkcə dünya işlərinə adi deyildir. Həqiqi səadət arzusunda olan insan əbədi axirət həyatını unutmamalıdır.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin