Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə50/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   46   47   48   49   50   51   52   53   ...   133

ŞADLANMAQ FİTRİ İSTƏKDİR


Bu mövzuda daha dərin və mürəkkəb suallar vardır. Ümumiyyətlə, İslamda şadlığa münasibət necədir? İnsan üçün şadlanmaq, yoxsa qəmlənmək daha faydalıdır? Hüznün tərifi haqqında rəvayətlər çoxdur. Rəvayətə görə, məclisdə bir insanın məhzunluğu bütün məclis əhlinə mərhəmətə səbəb olar. Əgər şadlanmaq faydalı deyilsə, nə üçün mömini sevindirmək savab əməl hesab olunur?

Şəksiz ki, insanın fitrətində şadlanmağa meyl var. Qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri şadlıqdır. «Ğaşiyə» surəsinin 8-ci ayəsində oxuyuruq: «O gün bir çox üzlər sevinəcək». «İnşiqaq» surəsinin 9-cu ayəsində buyurulur: «O, (mömin) ailəsinin yaxınlarının yanına sevinclə qayıdacaqdır». Sevinc mənfi hiss deyildir. Behiştə daxil olanlar deyəcək: «Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!»1. Bəli, şadlıq fitri istək, qəm-qüssə isə cəhənnəm əzablarındandır. «Zumər» surəsinin 60-cı ayəsində buyurulur: «Allaha qarşı yalan uyduranların üzlərini qiyamət günü qapqara görərsən». Əksinə, Allahın rəhmətinə qoşulmuş şəhidlər haqqında buyurulur: «Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə sevinir, hələ onlara çatmamış (şəhid) kəslərin heç bir qorxusu olmayacağına və qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər»1.

İnsan fitrətən şadlıq sorağındadır. Dünya həyatı sevinc və kədərsiz ötüşmür. Kimsə ömür boyu sevinc duymadığı kimi, kimsə də ömrünün sonunadək qəm-qüssə içində qalmır. Təbii olaraq şadlıq ardınca gəzən insan məqsədinə çatmaq üçün müxtəlif yollar axtarır. Bəzən insan bir saat şadlıqdan ötrü günaha batır və ömrünün bütün qalan hissəsini həmin şadlığın əzabını çəkir. Məsələn, narkotik maddələrdən, spirtli içkilərdən duyulan şadlıq müvəqqətidir. İnsan ağlı bu sayaq sevinci qəbul etmir. Şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükləyən bu cür saxta şadlıqlara bəraət qazandırmaq olmaz. İslam dini o şadlığı qəbul edir ki, bu şadlıq insanı əbədi səadətdən məhrum etməsin. Əgər dünya sevinci əbədi axirət sevincinə qənim kəsilməyibsə onu qəbul etmək olar.

Bəs dinə zidd olmayan şadlıqlar hansıdır? Əvvəla, onu qeyd edək ki, ifrat qəm-qüssəyə batıb bədbin olmuş insan nə özü, nə ailəsi, nə də cəmiyyət üçün xeyirli ola bilər. Belə bir insan nə dünya, nə də axirət həyatı üçün çalışmaq iqtidarında deyil. Belə insan küfrə batıb özünü öldürə də bilər. Bu sayaq ifrat qəm-qüssə İslam dinində pislənilir. Amma insanın dünya və axirət səadətini təmin edən şadlıqlar müsbət qiymətləndirilir. Bir şadlıq ki, insanı təhsilə, ibadətə və zəhmətə həvəsləndirir, bu şadlıq din tərəfindən təqdir olunur.

Demək, dünya həyatına aid olan ifrat şadlıqlar məqbul hesab edilmir. «Hud» surəsinin 10-cu ayəsində oxuyuruq: «Başına gələn müsibətdən sonra ona rahatlıq nəsib etsək, sevinərək deyər ki, artıq fəlakətlər məndən sovuşdu». Həddini aşmış Qarun haqqında isə belə buyurulur: «Qövmü Qaruna belə dedi: Sevinmə, şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz»1.

Bu sayaq şadlıqlar bəyənilmir. Çünki bu şadlığın nəinki təkamülə heç bir xeyri yoxdur, hətta onu yuxuya verib hərəkətdən saxlayır. Hətta Quranda buyurulur ki, dünyada çox sevinənlərin axirətdə vəziyyəti çətin olur2.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin