İFRAT VƏ TƏFRİT YUXUDAN PƏHRİZ
Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməli, bütün işlərdə orta həddi gözləməlidir. Bəzən insan az yatmağın faydaları haqqında eşidib yuxu müddətini o qədər azaldır ki, öz sağlamlığını təhlükəyə atır. İnsan orqanizmi istirahətə möhtacdır. Qurani-Kərimdə ilahi nemət olan yuxu haqqında buyurulur: «Biz yuxunu sizin istirahətiniz üçün müəyyən etdik»1.
Bəzi insanlar yuxusuzluqdan əziyyət çəkir. Onlar bunun qarşısını almaq üçün müxtəlif dərman perepartlarına aludə olurlar. Bu aludəçiliyin mənfi nəticələri gizli deyil. Ona görə də insan təbii yuxunun qədrini bilməlidir. Qədərindən artıq yatmaq normal həyat fəaliyyətini korlayır.
Ayrı-ayrı insanların yuxuya olan ehtiyacı müxtəlifdir. Zəruri yuxu müddətinin təyinində insanın yaşı, peşəsi, sağlamlıq vəziyyəti mühüm şərtlərdəndir. Hər bir insan ya şəxsi təcrübəsi, ya da həkim göstərişi əsasında nə qədər yatmalı olduğunu daha yaxşı bilir. Normal yuxu rejimi qurmayanlar sonralar bunun əziyyətini çəkir.
İslam dinində gecə yarı ibadət etmək tövsiyyə olunur. Amma gecəni bir müddət oyaq qalmaq əsas vermir ki, insan gündüz çox yatsın. Çünki gecə yatıb gündüz işləmək təbiidir. Yer kürəsinin bəzi nöqtələrindən bir neçə ay gecə, bir neçə ay gündüz olur. Uyğun məntəqələrdə yaşayanlar yuxu və iş rejiminə ciddi əməl edirlər. Əksər məntəqələrdə isə gecə və gündüz bu işdə insanlara köməkçidir. «Muzzəmmil» surəsinin 6-7-ci ayələrində buyurulur: «Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək (dua) daha münasibdir. Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır».
Bəli, gecə yuxu üçündür. Bununla belə, insan yuxuya olan ehtiyacını müəyyənləşdirməlidir. Gün batandan gün doğana dək yatmaq zəruri hesab olunur. Allah-təala öz peyğəmbərinə buyurur: «Gecənin az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl»1. Ayədən göründüyü kimi insan, orqanizm üçün az miqdar yuxu kifayət edir. «Zariyat» surəsinin 17-ci ayəsində oxuyuruq: «Onlar (müttəqilər) gecələr az yatırdılar». Əgər insan günün yarısını yatmalı olsaydı, Quran uyğun ayəni buyurmazdı.
Dostları ilə paylaş: |