Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


HƏSƏDİN FƏRDİ VƏ İCTİMAİ ZƏRƏRLƏRİ



Yüklə 1,2 Mb.
səhifə61/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   57   58   59   60   61   62   63   64   ...   133

HƏSƏDİN FƏRDİ VƏ İCTİMAİ ZƏRƏRLƏRİ


Hədisdə buyurulur: «Mömin qardaşına həsəd aparanın imanı puç olar, necə ki, duz suda həll olur». Təəssüf ki, əksər insanlarda az-çox bu çirkin sifət müşahidə edilir. Xüsusi ilə uşaq yaşlarında insan özündə olmayanı başqalarında görəndə həsəd aparır. Əgər insan bu çirkin sifətlə mübarizə aparmasa qəlbində kök atıb onu cəhənnəmə sürükləyə bilər. İmanlı insan başqalarına verilmiş gözəllik, istedad kimi təbii nemətlərə həsəd apara bilərmi? «Nə üçün filankəs məndən gözəldir, filankəs məndən bacarıqlıdır» demək möminə yaraşan iş deyil. Həsədin əsl mənası budur ki, nə üçün Allah məni məhrum edib? Bu isə Allahın məsləhətinə etirazdır.

Həsədcil insan Allahın işlərinə müdaxilə edir. Əgər bir insan zəhmət çəkib var-dövlət qazanır və Allah buna yol verirsə, bu işdə yalnız Allaha məlum olan səbəblər vardır. Allahın bütün işlərində hikmət vardır. Əgər hikmət Allahın sifətidirsə, imanlı insan Allahın işinə hansı əsasla etiraz edə bilər. Belə bir etiraz Allahın hikmətini qəbul etməməkdir. Həsəddə ifrata varan insan hətta müşrik səviyyəsinə alçala bilər.

Həsəd hissini öz başına buraxmağın olduqca pis nəticələri vardır. Başqalarının malik olduğu maddi və mənəvi nemətləri görərkən qəlbində həsəd hiss edən insan təcili bir çarə qılmalıdır. Düşünməlidir ki, əksər nemətlər insan üçün bir sınaqdır. Bu gün Allahdan nemət istəyib onu alan adam qiyamət günü öz istəyinə peşman ola bilər. Axı varlının, istedadlının Allah qarşısında vəzifələri daha ağırdır.

Unutmaq olmaz ki, iblisin küfrünün kökü həsəd idi. Bəşər tarixində müşahidə etdiyimiz qanlı müharibələrin çoxu həsəddən törənib. Bir nəfərin həsədi ucbatından minlərlə insan həyatını əldən verir. Bütün həyatını İslama sərf edib, sonradan məhz həsəd səbəbindən imamla üz-üzə dayananlar olub. Ona görə də həsədin ilk işartısı ilə mübarizə aparmaq, onun kök atmasına yol verməmək lazımdır.

Ya Rəbb, bizi həsədin yandırıcı odundan qoru!


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin