Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə69/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   65   66   67   68   69   70   71   72   ...   133

HƏQİQİ ŞİƏLƏRİN AZLIĞI


İmam Sadiq (ə) həqiqi şiələrin xüsusiyyətlərini saydıqdan sonra İbn Cündəb onların harada olmağı barədə soruşdu. İmam (ə) bir Quran ayəsinə işarə ilə həqiqi şiələrin dağlarda və şəhərlər ətrafında olduğunu bəyan edir.

Bu söhbət o dövrə təsadüf edir ki, mövcud hakimiyyət Əhli-beyt və onun şiələrini incidib sıxıntıya salardı. Şiələr həbs olunar, min bir işgəncə ilə qətlə yetirilərdilər. Ona görə də əksər şiələr Hicazdan uzaqlaşar, İran və sair məntəqələrə köçərdilər. Elə bu səbəbdən də bir çox imam övladlarının məqbərəsi İranın dağlıq ərazilərindədir. Elə bu səbəbdən də İmam (ə) İbn Cündəbə anladır ki, bizim şiələri şəhər mərkəzlərində camaat arasında görə bilməzsən. İmam buyurur ki, bizim şiələri tanımaq istəsən adi insanlarla yaxınlıq etməyənləri axtar. Həzrət buyurur ki, bizim şiələr xalq arasında eynən Həbib Nəccar Antakiyada olduğu vəziyyətdədir.

Allah-təala «Yasin» surəsinin 14-cü ayəsində iman gətirməyənlərə antakiyalıları misal çəkir: «O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. O iki elçini üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər ki, həqiqətən biz sizə göndərilmiş elçilərik». Amma şəhər camaatı nəinki iman gətirmədilər, hətta göndərilmiş peyğəmbərləri ölümlə hədələdilər. Bu vaxt peyğəmbərləri müdafiə etmək üçün şəhərin ucqar nöqtəsindən Həbib Nəccar gəldi: «Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: «Ey qövmüm, elçilərə tabe olun!»1. Həbib Nəccar şəhərin bir guşəsində tənha yaşayırdı. Qövmünü doğru yola dəvət etdikdən sonra hücuma məruz qalıb qətlə yetirildi.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin