Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


İCTİMAİ FƏALİYYƏTLƏR VƏ İBADİ PROQRAMLAR



Yüklə 1,2 Mb.
səhifə70/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   66   67   68   69   70   71   72   73   ...   133

İCTİMAİ FƏALİYYƏTLƏR VƏ İBADİ PROQRAMLAR


Maraqlıdır ki, imamın yuxarıdakı buyuruqları hansı şəraitə uyğundur? Məsum imamların buyuruqlarını anlamaq üçün diqqət və ali dini anlayışa (ictihada) ehtiyac vardır. Rəvayəti oxuyub onun zahiri mənasına əməl etmək düzgün deyil. Bəziləri rəvayətin zahiri mənası xoşa gəldiyi üçün ona istinad edirlər. Məsələn, onlar bir rəvayət oxumaqla belə qənaətə gəlirlər ki, əsl şiə xalqdan uzaqlaşıb fərdi ibadətə məşğul olmalıdır. Guya şiə o şəxsdir ki, çölə-bayıra çox çıxmasın, çıxanda da əbasını başına çəkib kimsə ilə kəlmə kəsməsin. Söz yox ki, son dövrlər möminlərdə ictimai fəallıq müşahidə edilir. Unutmaq olmaz ki, hansısa müstəhəb, əxlaqi bir göstəriş vacib vəzifənin qarşısını ala bilməz. Xüsusi şəraitə malik olan əxlaqi göstərişlər heç vəchlə vacib ictimai vəzifələri öhdədən götürmür. Dərviş təxəyyüllü bəzi insanlar bir rəvayət eşitməklə cəmiyyətdən uzaqlaşıb ünsiyyətdən qaçırlar. Bəs İslamdakı ictimai vəzifələr kimə aiddir və bu vəzifələrə nə vaxt əməl olunmalıdır?!

Amma başqa bir qrup müsəlman ictimai vəzifələrə maraq göstərib ibadət və özünütərbiyə məsələlərini ikinci plana keçirirlər. Onlar elə düşünürlər ki, ictimai fəaliyyətlə məşğul olan insanın müstəhəb ibadətlərə ehtiyacı yoxdur və ibadət qocaların, imkansızların işidir. Guya Quran oxuyan, dua və zikrə məşğul olanlar başqa bir iş bacarmadıqlarından ibadət edirlər. İctimai iş bəhanəsi ilə ibadətdən uzaqlaşmaq böyük səhvdir. İbadət və özünütərbiyəyə hamı ehtiyaclıdır. Əlbəttə ki, şərait və ehtiyaclar müxtəlifdir, amma ictimai iş ibadəti əvəz edə bilməz. İctimai işdə məqsəd Allahla yaxınlıqdır. İbadətə diqqətsiz insanın ictimai fəaliyyətinin mahiyyəti də dəyişir. Əgər həm ibadət, həm də ictimai işdə məqsəd Allaha yaxınlaşmaqdırsa, nə üçün bu işlərdən yalnız birinə üstünlük verilməlidir?! Cəmiyyətə xidmət etmək savab olsa da Quran oxumağın da öz savabı vardır. Vacib ictimai vəzifənin savabı Quran oxumağın savabından çox olsa da, ibadətə olan ehtiyac ödənməz. Möminlik ruhunu daim qorumaq üçün müstəhəb ibadətlərin faydası müstəsnadır. İbadətdən uzaqlaşmış insan ictimai işlərdə əsl məqsəddən uzaq düşüb yolunu aza da bilər.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin