Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


On altıncı dərs: Bağışlanmış günah və qəbul olmuş yaxşılıq



Yüklə 1,2 Mb.
səhifə72/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   68   69   70   71   72   73   74   75   ...   133

On altıncı dərs:

Bağışlanmış günah və qəbul olmuş yaxşılıq

BÜTÜN GÜNAHLARIN BAĞIŞLANMASI


İmam Sadiq (ə) buyurur: «İman qardaşına cəfa etməkdən başqa hər bir günah bağışlanar». Qurani-Kərimdə isə belə buyurulur: «Şübhəsiz ki, Allah özünə şərik qoşanları əfv etməz. Bundan başqa istədiyi günahı bağışlar»1. Ayədən göründüyü kimi şirk istisna olmaqla bütün günahlar bağışlana bilər. Əlbəttə ki, insan tövbə etmədən dünyadan müşrik gedərsə bağışlanmaz.

Bəs başqa günahlar necədir? İnsan dünya həyatında bu günahlara tövbə etməzsə bağışlana bilərmi? «Nisa» surəsinin 31-ci ayəsində kiçik günahlar haqqında buyurulur: «Əgər qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli mənzilə çatdırarıq». «Nəcm» surəsinin 32-ci ayəsində oxuyuruq: «Kiçik günahlar istisna olmaqla böyük günahlardan çəkinib yaxşılıq edənlər bağışlanar».

Bəli, insan böyük günahlara yol verməyib kiçik günahlarda israr etməzsə, tövbə etməsə də kiçik günahları bağışlanar. Sözsüz ki insan tövbə etdiyi təqdirdə böyük günahlar da bağışlanar. Pis odur ki, insan dünyadan tövbə etməmiş gedə. İmam Sadiqin (ə) buyuruğunda nəzərdə tutulmuş günahın bağışlanmasına da ümid var. Sadəcə əzab və bağışlanma üçün can vermə, qəbr, bərzəx, qiyamət kimi mərhələlər vardır. Müxtəlif günahlar müxtəlif mərhələlərdə bağışlana bilər. O günahlara ki daha çox diqqət verilib, bunlar yüz illər əzabdan sonra bağışlanması mümkün olan günahlardır.

Din qardaşları ilə pis rəftar onların hüququnu pozmaq deməkdir. Xalqın hüququnu pozanlar isə yalnız xalqın razılığı ilə bağışlanıla bilər. İmam Sadiq (ə) xalqın razılığı şərt olduğu üçün bu günahın bağışlanmayacağını bildirir.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin