İnsan özünü tənqidə dözümlülük ruhunda tərbiyə etməlidir. İnsan öz nöqsanlarını kənardakılar kimi görə bilmir. Özünü tərbiyələndirmək istəyən insan üçün ətrafdakıların tənqidi olduqca dəyərlidir. İmam Sadiq (ə) buyurur: «Mənim üçün ən sevimli dost eyiblərimi mənə hədiyyə edən dostdur». Doğrudan da özünü tərbiyələndirmək istəyən adam üçün eyibini bilməkdən böyük hədiyyə yoxdur.
Yalan tərifə uyanları ağıllı hesab etmək olmaz. Yalan tərif deyənlər də belədir. Belələri, heç şübhəsiz ki, nə vaxtsa rüsvay olacaq, hətta cəmiyyətdəki azğınlara görə cavab verəcəklər. Çünki onların yalanı çirkinliyə gözəllik libası geydirərək həqiqətləri ört-basdır etmişdir. Ağıllı insan bir qarın çörəkdən ötrü belə xəyanətlərə yol verməz. Yalan təriflərlə özünü sevdirmək olduqca alçaq sifətdir.
Dostları ilə paylaş: |