Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə87/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   83   84   85   86   87   88   89   90   ...   133

EQOİZM VƏ TƏKƏBBÜR


İnsan yağlı dil və yalan tərifdən qorunmalıdır. Qorunmaq üçün isə güclü iradə lazımdır. İnsan belə mənfi təsirlərin qarşısında yalnız psixoloji hazırlıqla müqavimət göstərə bilər. Əks təqdirdə insanda eqoizm və təkəbbür formalaşa bilər. İnsanın süqutunda təkəbbür mühüm rol oynayır. Qurani-Kərim Peyğəmbərlə (s) müxalifətçilik edənləri təkəbbür sifəti ilə tanıtdırır. «Ğafir» surəsinin 60-cı ayəsində buyurulur: «Mənə ibadət etməyi təkəbbürünə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər».

Bəli, bəla qarşısında tir-tir əsən insan bəzən Allah hüzurunda səcdə etməyi özünə sığışdırmır. Vəzifəlilərin, güclülərin qarşısında əyildiyi halda Allah qarşısında təkəbbür göstərir. «Bəqərə» surəsinin 34-cü ayəsində oxuyuruq: «Biz mələklərə «Adəmə səcdə edin» dedikdə İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina edib kafir oldu». Şeytanı alçaldan onun təkəbbürü idi.

Həqiqət qarşısında təkəbbür çoxlarını uçuruma yuvarlatmışdır. Əlbəttə ki, insan birdən birə Firon ola bilməz. Çirkin təkəbbür sifəti aram-aram doğulub ərsəyə gəlib. Özünə diqqətli insan bu sifətə qarşı vaxtında mübarizəyə başlayıb çətinlik çəkmədən onun qarşısını ala bilər. Nankor olmayan insan nəinki təkəbbür göstərmir, hətta Allahın qarşısında səcdə etməkdən şərəf duyur. «Loğman» surəsinin 14-cü ayəsində oxuyuruq: «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik... Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir».

Azca insafı olan adam valideynin, xüsusi ilə də ananın zəhmətlərini itirə bilməz. Yuxarıdakı ayədə Allah-təala nə üçün ata-ananı özü ilə birlikdə xatırladır? Çünki ata-ananın zəhməti göz qabağındadır. Ata-ananın zəhmətini qiymətləndirən şəxs Allahın da nemətlərini qiymətləndirə bilər.

Qəlbində təkəbbür ruhu möhkəmlənmiş şəxs bir addım cəhənnəmə yaxınlaşır. Yalançı təriflər onun gözlərini bağlayır və eyiblərindən xəbərsiz halda küfr yoluna qədəm qoyur. İmam (ə) buyurur: «Düşüncəsiz adamın danışığı və sitayişindən məğrur olmağa ‒ təkəbbürə, özünü bəyənməyə düçar olarsan. Əməllərin ən yaxşısı ibadət və təvazödür.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin