Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


İyirmi birinci dərs: Möminin möminlə əlaqəsi



Yüklə 1,2 Mb.
səhifə93/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   89   90   91   92   93   94   95   96   ...   133

İyirmi birinci dərs:

Möminin möminlə əlaqəsi

İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏZİ İNCƏLİKLƏR


Əxlaqi məsələlərdən biri müxtəlif xüsusiyyətlərə malik insanlar arasındakı əlaqələrdir. İnsanlar bu münasibətlərdə bəzən ifrat, bəzən isə təfritə gedərək orta səviyyəni gözləməkdə çətinlik çəkirlər. Bəziləri çox soyuq olduqlarından heç kim onlarla ünsiyyət saxlamaq istəmir. Amma bəziləri o qədər tez təsir altına düşürlər ki, hamı onlara yaxınlaşmağa çalışır. Amma İslam orta həddi tövsiyə edir. İnsanlar bir-birlərindən faydalanmaq üçün qarşılıqlı münasibətdə olmalıdırlar. Əgər hamı soyuqqanlı olarsa ictimai birliklər yaranmaz. Əgər bir insan digər insan üçün nemətdirsə, nə üçün biri o birindən uzaq durmalıdır?

Amma asanlıqla təsir altına düşmək də bir xüsusiyyətdir. İnsan öz şəxsiyyətini qorumalı, hər deyiləni qəbul edib hər əmrə baş əyməməlidir. İfrat yumşaqlıq insanı başqalarının nəzərində alçaldır. Demək, insan nə həddindən artıq soyuq, nə də həddindən artıq mülayim olmalıdır. O, elə rəftar etməlidir ki, onunla ünsiyyət maraqlı və bu ünsiyyət hər iki tərəfin Allaha yaxınlaşmasına səbəb olsun.

Hər bir insanın yaş, irs, fiziki və mə´nəvi istedad, ictimai mövqe kimi xüsusiyyətləri vardır. İnsanın qurduğu ictimai mövqedən həm yuxarı, həm də aşağıda digər ictimai təbəqələr mövcudur. İnsan özündən aşağıda və yuxarıda olanlarla hansı münasibətdə olmalıdır?

Hamını eyni bir səviyyədə bilmək yanlış fikirdir. Müəllimlə şagird, müdirlə fəhlə, ata ilə övlad arasında inkarolunmaz fərqlər vardır. İslamda hamının bərabər olduğunu əsas gətirərək əsgərin komandirə tabe olmaması tamamilə məntiqsizdir. Rəvayətdə buyurulur: «Bütün müsəlmanlar darağın dişləri tək bərabərdirlər»1. Lakin bu rəvayətdə müxtəlif ictimai vəzifəyə malik müsəlmanlar yox, Allah qarşısında ümumi bəndəlik nəzərdə tutulur. İctimai işdə rəhbərlik məsuliyyəti daşıyan müsəlmana itaətsizlik ümumi işi müvəffəqiyyətsizliyə aparır. Bu itaətsizlik adətən zəif iradəli insanlarda baş verir. Öz zəifliyini ört-basdır etmək istəyən insan bir pillə hündürdə dayanan müsəlmana qarşı çıxıb «mən səndən əskik deyiləm» demək istəyir. Amma tabeçilikdə olan şəxsin etirazı haqlı da ola bilər.

Amma bütün bu zərurətlər müsəlman cəmiyyətinin xeyrinə olduğu üçün hər müsəlman öz vəzifəsinə əməl etməlidir. Mömin insan nəfsani istəklərə uyub tabeçiliyində olduğu şəxslə dava-dalaşa yol vermədən öz vəzifəsinə əməl etməlidir.

İnsan özündən aşağıda dayananlara həqarət gözü ilə baxmamalıdır. Allah-təala Qurani-Kərimdə buyurur: «Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan daha yaxşı olsunlar»2.

Ey böyük vəzifələrdə işləyənlər! Sizə tabe olanlarla insani rəftar edin! Sizin otağınızı süpürən o qarayanız yeniyetmə Allahın lütfü və öz istedadı ilə daha uca mərtəbələrə qalxa bilər. Bu gün elə edin ki, sabah onun məhəbbətli baxışları qarşısında xəcalət çəkməyəsiniz.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin