MƏRİFƏTLİ RƏİSLƏRƏ EHTİRAM
Çox az müsəlmanlar imam və rəhbər qarşısında ciddi məsuliyyət hiss edirlər. Söhbət sırf İmam Zaman (ə) canişinindən getmir. Mövzuda hər hansı bir qrupa və işə ədalətlə başçılıq edənlər nəzərdə tutulur. Cəmiyyətdə iki cür rəhbər və müdirlə rastlaşırıq: tutduğu vəzifəyə layiq olanlar və layiq olmayanlar. Cəmiyyət ləyaqətsiz insanların rəhbərliyinə yol verməməlidir. Amma ləyaqətli rəhbərlərə itaət etməklə cəmiyyətin problemlərini aradan qaldırmaq zəruridir. Bütün insanlar səhv etdiyi kimi, müdir də səhv edə bilər. Təsadüfi bir səhvə görə ləyaqətli bir insanı işdən uzaqlaşdırmaq olmaz. «Ənfal» surəsinin 46-cı ayəsində buyurulur: «Allah və onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər, gücdən düşərsiniz».
Bəziləri elə güman edirlər ki, təvazö hər əmrə tabe olub, hər deyilənlə razılaşmaqdır. Bu təvazö yox, ağılsızlıqdır. Belə bir hərəkət insanın istedadlarını öldürür, onu müqəvvaya çevirir. Bəli, insanı eqoizmdən, təkəbbürdən, yersiz müxalifətçilikdən çəkindirən təvazö kamil insanlara məxsus fəzilətdir. Şeytanı məhv edən özünü böyük bilməsi oldu. Çox böyük insanlar, hətta din alimləri təkəbbür ucbatından uçuruma yuvarlanıb. İnsanın ifrat təvazösü də təkəbbür kimi düşməndir. İfrat dərəcədə təvazökar olan insanlar cəmiyyətdə layiq olduqları mövqedən məhrum olurlar. Belə insanların bir küncə çəkilib oturması cəmiyyətə çox böyük zərbə vrur.
Həzrət İmam Sadiq (ə) buyurur: «İnsan öz tövhidi (dini) baxışında başqalarına ümid etməyib, yalnız Allaha bağlanıb, Ondan kömək istəməlidir. Diqqətini Allaha yönəldən şəxs insanlara möhtac olmaqdan qurtulur və onun istedadları çiçəklənir. Allahla bağlılıq gücləndikcə insanın ictimai şəxsiyyəti ucalır və o, başqalarına əl açmamaqla hörmətə çatır.
Dostları ilə paylaş: |