Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə98/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   94   95   96   97   98   99   100   101   ...   133

DİL BƏLASI


İmam Sadiq (ə) buyurur: «İnsanda təbii meyllərdən biri özünü göstərmək, tanıtmaqdır». Məsələn, uşaq bir şey eşitdikdə onu hamıya danışmaq istəyir və bununla da özünü hər şeydən başı çıxırmış kimi göstərir. Əslində uşağa aid olan bu xüsusiyyətə yaşlı adamlarda da təsadüf olunur. Amma özündə İslami əxlaqi cilvələndirmək istəyənlər belə xüsusiyyətlərlə mübarizə aparır və riyadan uzaq olmağa çalışırlar. Uşaq isə hətta namaz qılanda da başqalarından tərif umur.

Əqli yetkinliyə çatmamış insan uşaq kimidir. O, namaz qılarkən yalnız Allahın razılığını düşünməli olduğunu bilsə də yenə də başqalarının nəzərini güdür. Bu bəladan qurtulmağın səmərəli yollarından biri az danışmaqdır. Adətən, dilini boş saxlaya bilməyənlər elə öz danışıqları ilə xalis niyyətdə olmadıqlarını bildirirlər. Böyük İslam alimlərindən bəzilərinin bir ömür yaşadığı şəhərdə onların elmi səviyyəsindən xəbərsiz qalıblar. Müctehid özünü necə aparmalıdır ki, adi bir ruhani tək tanınsın?!

Az danışmaq sözbazların belini qırır. Çünki sözbazlar cəmiyyəti çox danışanların dili ilə qarışdırırlar. Az danışmağın digər bir xeyri qəzəbin qarşısının alınmasıdır. Həyəcanlanmış insanın danışığı adətən davaya səbəb olur.

İmam (ə) buyurur: «İstər bildiyin, istərsə də bilmədiyin halda sükuta riayət et. Əgər belə etsən səbrli və həlim insan sayılarsan və bu sükutun sənin üçün alimlər yanında zinət, nadanlar qarşısında örtük olar».



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin