Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


İNSANIN RƏFTARINDA DÜZGÜN BAXIŞIN ROLU



Yüklə 1,2 Mb.
səhifə110/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   106   107   108   109   110   111   112   113   ...   133

İNSANIN RƏFTARINDA DÜZGÜN BAXIŞIN ROLU


İnsanın dünyagörüşü onun fəaliyyətinə istiqamət verir. Varlıq aləmi haqqında yanlış fikirdə olan insan şübhələr, tərəddüdlər səbəbindən öz insanlıq vəzifələrinə süst yanaşır. Həyatı boyu suallarla qarşılaşan insan ən azı haradan gəldiyini və haraya gedəcəyini bilməlidir. Bu suallara cavab tapmadan doğru təkamül yolunu tapmaq qeyri-mümkündür.

Son əsrlərdə xüsusi ilə Avropada insanların dini etiqadı zəiflədiyindən əxlaqi dəyərlərə də münasibət dəyişmişdir. Elmi-texniki tərəqqinin təsiri altında yalnız təcrübədən keçənləri həqiqət hesab edən Avropa «Allah», «vəhy», «qiyamət» kimi anlayışları inkar etməkdən çəkinmir. Din ehtimal yox, yəqinlik tələb etdiyindən bu günkü avropasayağı düşüncə tərzi tamamilə həqiqətdən uzaqdır. Ümumiyyətlə, qərb ölkələrində etiqad zəifliyinin səbəblərindən biri orada materialist dünya görüşünün daha çox təbliğidir.

Dinin və əxlaqın ayaq altına atıldığı bu cəmiyyətlərdə «sekularizm» adlanan baxış yayılmaqdadır. Sekularizm bütün dini etiqadları ictimai həyatdan sıxışdırıb çıxarmaq əzmindədir. Dünyada əxlaqsızlıq baş alıb gedir. İstisnasız olaraq bütün filosoflar sekularizmin təqdim etdiyi «azad əxlaq»ı əsl əxlaqsızlıq hesab edirlər. Dini dəyərləri itirmiş cəmiyyətin əxlaqı iyrənc kübar əxlaqından başqa bir şey deyildir. Aydın məsələdir ki, ilahi dəyərlərlə nizamlanmayan əxlaq məzhəkəçilikdir. Belə cəmiyyətlərdə hər sosial təbəqənin öz əxlaqı olur. Kişilərin qadınlıq etməsinin, qadınların nikahsız yaşamasının əxlaqsızlıq olduğunu sübut etmək üçün ilahi göstəriş lazımdır. Sekularizm isə dinə yer vermədiyindən hər məhəllənin özünəməxsus etiketi yaranır.

Möhkəm əsaslara malik dini dəyərlərin möcud olmadığı bir cəmiyyətdə insan özü öz taleyi haqqında düşünməlidir. İnsan tövhid, nübüvvət və məad kimi əsas etiqadları dərk etməyə müvəffəq olarsa bu onun dünyagörüşü və rəftarına öz təsirini göstərər.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin