ÜÇÜNCÜ ŞƏRT
Namaz qılan insan gününü Allahı yada salmaqla keçirməlidir. Az da olsa dili daim Allahın zikrində olan insanlarla rastlaşırıq. «O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan yayındırmaz»1.
Dünya işindən ayrılmadan Allahı zikr etməyin mümkünlüyü haqqında mərhum Əllamə Təbatəbai buyurur: «Əzizini əldən vermiş insan gündəlik işi ilə məşğul ola bilirsə, böyük ilahi insanlar da gündəlik fəaliyyətlərindən ayrılmadan Allah haqqında düşünə bilirlər».
DİGƏR BİR ŞƏRT
Allah qarşısında təvazö göstərən insan Onun bəndələri ilə təkəbbürlü davranmamalıdır. Əsl abid imkanı daxilində acları doyurmaqla bir növ zəkatını ödəməlidir. Axı zəkat təkcə vacib buyurulmuş zəkat deyil. Allah yolunda verilən hər bir şey zəkat hesab oluna bilər. Bilirik ki, İslamda yalnız qeyd olunmuş şeylərin zəkatı vacibdir. Amma sədəqə, nəfəqə kimi müstəhəb zəkatları da unutmaq olmaz. «Məryəm» surəsinin 31-ci ayəsində buyurulur: «(Məryəm deyir) O, harada oluramsa olum məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı».
Bu və digər ayələrdə namazla zəkatın adı qoşa çəkilir. Demək, bəndələr qarşısında təvazö, onlara yardım namazın qəbul şərtlərindəndir.
Namazın digər bir qəbul şərti çılpaqları geyindirməkdir. İnsanın libasa olan ehtiyacını ödəmək, evsizlərə sığınacaq vermək hər birimizin müsəlmanlıq vəzifəmizdir.
Dostları ilə paylaş: |