QORXU VƏ ÜMİDİN HƏDDİ
Ümid və qorxunun faydalı həddi və bu həddin mərtəbələri vardır. Möminin hissləri bu mərtəbələrdən birinə uyğun olmalıdır.
İnsan Allahın mərhəmətinə həddən artıq ümid edirsə, bağışlanacağına arxayın olub böyük günahlara bata bilər. Bu həqiqi ümid deyil və olduqca zərərlidir. Çünki Allah insanı onun hansısa əməlinə görə bağışlayır. İnsan Allahdan elə bir həddə qorxmalıdır ki, bu qorxu onu günahdan çəkindirə bilsin. Qorxu və ümid arasında tarazlıq olmalıdır. Ümid qorxudan çox olsa insan günaha düşər, qorxu ümiddən çox olsa insanda bədbinlik yaranar.
İman dərəcəsi yüksək olan bir qism mömin bəzən öz gələcək taleyindən xəbərdar olur və axirət aləminin gerçəklikləri onların qəlbini titrədir.
Dostları ilə paylaş: |