Kamil insanın bəndəlik hissi onun bütün vücudunu bürüyür. İnsanın qorxusu bu vücuda daxildir. Demək, məsum imamlarda, günahsız insanlarda da qorxu olmuşdur. Bu insanlar Allahın mərhəmətindən xəbərdar olsalar da Onun qəhr sifətlərini xatırlayaraq qorxudan özlərini unudurlar. Amma Allahın camal sifətləri haqqında düşünmək onlara ümid verir. Əlbəttə ki, bu mərtəbədə bəzən isə ümid qorxunu üstələyə bilər. Kamil insanlarda isə ümid və qorxu arasında dəqiq tarazlıq vardır.
Bu mövzu ilə əlaqədar maraqlı bir rəvayət nəql olunmuşdur. Təqribən yaşıd olan həzrət Yəhya (ə) və həzrət İsa (ə) eyni dövrdə yaşamışlar. Bir gün Yəhya (ə) İsadan (ə) soruşur: «Necə də sakitsiniz. Yoxsa ilahi əzabdan qorxmursunuz?». Həzrət İsa buyurdu: « Nə üçün bu qədər ağlayırsınız? Məgər Allahın mərhəmətinə ümidiniz yoxdur?».
Həzrət Yəhya daim Allah qorxusundan ağlayardı. Hətta atası Zəkəriyya məsciddə moizə etmək istəyərkən baxardı ki, Yəhya orada olmasın. Həzrət Yəhyada qorxu həzrət İsada isə ümid hissi daha güclü idi. Amma bu iki sifət məsum imamlar və həzrət Məhəmməddə (s) eyni dərəcədə olmuşdur. Onlar Allahın cəlal sifətlərini düşündükdə qorxar, camal sifətlərini düşündükdə isə ümidvar olardılar. Bu hal digər övliyalarda da müşahidə oluna bilər.
Dostları ilə paylaş: |