Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə59/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   55   56   57   58   59   60   61   62   ...   133

AĞIL VƏ GƏLƏCƏYƏ BAXIŞ


Ağıl insanı qarşıdakı çətinlikləri aradan qaldırmağa çağırır. Adi məişət problemlərinin həllinə xeyli vaxt ayırıb əbədi həyat səadətinin təmini üçün tədbir görməmək ağıla uyğun deyil. Dünya ləzzətləri ardınca qaçan insan qarşıdakı müdhiş təhlükənin nə qədər əhəmiyyətli olduğunu anlamır.

Rəvayətdə deyilir ki, boynum zəncirlənib azad olmaq istəyirəm. Amma boynumdakı ağır yük imkan vermir; nəzarətçilər məni bədbəxtliyə sürükləyir.

Bəli, batdığımız günahlar boynumuzda yük olub. Bu yükdən azad olmağa çalışmayanın cəhdi, qəm-qüssəsi yanlış istiqamətə yönəlib. Hədis: «Sübh əzabdan qurtulmaq fikri ilə oyanmayan şəxs mühüm bir məsələni yüngül sayıb. Böyük bilməli olduğunu kiçik bilib. Allahdan kiçik bir xeyir istəyib».

Əbədi əzab haqqında düşünməyən insan şübhəsiz ki, dünya işlərini çək-çevir edəcək. Əbədi əzaba diqqət yönəltməyən kəs qurtuluş üçün tədbir də tökəsi deyil.

Ağıl tələb edir ki, insan axirətə inandığı qədər çalışmalıdır. Çünki dünya çətinlikləri axirət çətinlikləri ilə müqayisədə çox əhəmiyyətsizdir. Axirət əzabını düşünən insana dünya ağrıları çox asan gəlir. Əlbəttə ki, imanı güclü olan bəndələr bu işdə daha çox səy göstərərlər.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin