ÖMÜRDƏN İSTİFADƏ
Dünya həyatı qısa olsa da, bu qısa həyat insanın aqibətini təyin edir. İnsanın axirət səadəti məhz bu dünyada müəyyən olunur. Bu baxımdan dünya həyatımızın dəyəri çox böyükdür. Amma yaxşı nəticələr əldə etmək üçün dünya həyatının hər dəqiqəsinin qiymətini bilmək lazımdır. Təbii ki, insan öz ehtiyaclarını ödəmək üçün ömür boyu çalışır. Fərdi və ictimai vəzifələr olmasaydı insanın imtahanı da mümkün olmazdı. Seçim prosesini yaşayan insan təkamül yoluna qədəm qoyur. İnsan pislə yaxşı arasında yaxşını seçməklə behiştə çata bilər.
Sual oluna bilər ki, insan qarşısına çıxmış işləri planlaşdırarkən hansına üstünlük verməlidir. Məsələn, gənc iki yol ayrıcında qalıb; oxumağa getsin, yoxsa işləməyə? Quran oxusun, yoxsa ibadət etsin? İdman faydalıdır, yoxsa istirahət? Əsas suallardan biri isə budur: dünya həyatı üçün nə qədər çalışmaq olar? Bu sualın fərdi və ictimai baxımdan iki cavabı vardır. Fərdi baxımdan əsgərlə əkinçinin vəzifələri fərqlidir.
İctimai baxımdan bu suala cavab vermək üçün iqtisadi inkişafa İslam prizmasından baxmalı olacağıq.
Dostları ilə paylaş: |