1. Müasir dekorativ-tətbiqi sənət sahələrinə aid olmayanı tap:
a) keramika, qobelen, batika; b) şüşə, metal, oyma;
c) natürmort, süjet, portret.
|
2. Bu sənət növü orta əsrlərdə kübarlığın rəmzi sayılardı:
a) bədii material; b) qobelen; c) keramika.
|
3. Qobelen nədir?
a) divarı bəzəmək üçün xalça-şəkil;
b) parça üzərində təsvir;
c) bədii metalişləmə üsulu.
|
4. Batika nədir?
a) divarı bəzəmək üçün bədii xalça;
b) parça üzərində təsvir;
c) bədii metalişləmə üsulu.
|
5. Üsullardan hansı bədii metala aiddir?
a) döymə və tökmə;
b) oyma və yonma;
c) yapma və cızma.
|
6. Batikanı yaradarkən, rəssam hansı üç mərhələdən istifadə edir?
a) rəngləmə, qurutma, hopdurma;
b) rəsm, hopdurma, rəngləmə;
c) rəsm, rəngləmə, hopdurma.
|
7. Cümlələrdə doğru olmayanı seç:
a) Batika – dekorativ-tətbiqi sənət növlərindən sayılır;
b) Qobelen toxuyan rəssam üçün ən əhəmiyyətli material boyadır;
c) Keramik əşyalar vahid kompozisiyada birləşərək, ansambl yaradır.
|
8. Əsərlərdən hansının müasir qalereyalarda sərgiləndiyini qeyd et:
a) b) c)
|
9. Məmulatların hansı materialdan
hazırlandığını müəyyən et:
a) metaldan;
b) şüşədən;
c) keramikadan.
|
10. Müasir sərgi salonlarında nümayiş etdirilən dekorativ-tətbiqi sənət nümunəsinin adını damalara əsasən tap və qeyd et:
|
Yaradıcı tapşırıq: A4 formatlı rəsm vərəqində müasir sərgi salonunun interyerini çək. Burada əsas ekspozisiya – bədii metal, qobelen və batika nümunələri olsun. Onlara xas olan rəng həllini, xüsusiyyətləri, dekorunu nəzərə almağı unutma. İnteryerin kompozisiyasını düzgün qurmağa çalış.
|