Şagirdin soyadı və adı: Uyğunluğu müəyyənləşdirin

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 35.95 Kb.
tarix05.09.2018
ölçüsü35.95 Kb.



Şagirdin soyadı və adı: __________________________________

  1. Uyğunluğu müəyyənləşdirin:

  1. uzlaşma və yanaşma əlaqəsi

  2. uzlaşma və idarə əlaqəsi

  3. yanaşma və idarə əlaqəsi

  1. Şəhərdən dünən gəlmişəm.

  2. O, idarəyə getdi.

  3. Səhərdən səni axtarıram.

  4. Çiçəkləri mən suladım.

  5. Bakı gözəl şəhərdir.



  1. Uyğunluğu tamamlayın.

  1. ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə

  2. səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə

  3. qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə

  1. Külək bizim tərəfə əsir, yasəmənin xoş ətri ciyərlərimizə dolurdu.

  2. Əyninə zərli xalat geymiş hökmdar içəri girdi, saraydakılardan hamısı təzim etdi.

  3. Fırtına getdikcə güclənir, dənizçilər üçün daha çox təhlükə törədirdi.

  4. Nə məndə əvvəlki həvəs qalmayıb, nə də ki sən əvvəlki Toğrul deyilsən.

  5. Yolun kənarında çöməlib xeyli gözlədim, amma gedənlər qayıtmaq bilmirdi.



  1. Uyğunluğu müəyyən edin.

  1. I növ təyini söz birləşməsi

  2. II növ təyini söz birləşməsi

  3. III növ təyini söz birləşməsi

  1. qapısı bağlı

  2. Şəhidlər xiyabanı

  3. İblisin monoloqu

  4. sehrkar aləm

  5. söz dünyası



  1. Sintaktik əlaqələrin uyğunluğunu müəyyənləşdirin:

  1. uzlaşma 2) idarə 3) yanaşma

  1. dayanmadan işləmək

  2. bağçadan dərilmiş

  3. Təbiət gülür.

  4. Məktəb müqəddəsdir.

  5. dərsini oxuyan

Mövzu: Sintaksis Sinif: _______

  1. Uyğunluğu müəyyənləşdirin:

  1. müəyyən şəxsli cümlə

  2. qeyri-müəyyən şəxsli cümlə

  3. ümumi şəxsli cümlə

  1. Ağzına bax, tikə kəs (Atalar sözü)

  2. Hamı dənizin heyrətli nəriltisini eşidirdi.

  3. Otlaqdan qayıdan qoyunları haylayıb həyətə tərəf döndərdilər.

  4. Yayın bu cür dözülməz istisində bir içimlik su arzulayırsan.

  5. İş ustasından qorxar (Atalar sözü)



  1. Tabesiz mürəkkəb cümlənin uyğunluğunu müəyyən edin.

  1. zaman əlaqəli tabesiz mürəkkəb cümlə

  2. qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə

  3. ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə

  1. Süsən istədi dillənsin, gecikdi.

  2. Mən onun müdafiəsi üçün danışmaq istədim, etiraz elədi.

  3. Ürəyində razı olmasa da, biruzə vermədi.

  4. Qorxudan dili topuq çaldı, dizləri əsdi.

  5. Maşın evinin qarşısında dayandı, köçümüzə yükləməyə başladıq.



  1. Uyğunluğu müəyyənləşdirin:

  1. I tərəfi obyekt bildirir.

  2. I tərəfi yer bildirir.

  3. I tərəfi zaman bildirir.

  1. kitabı oxuyanda

  2. bağa getmək

  3. dünən görüşən

  4. gülləri sulamaq

  5. dənizdən qayıdaraq



  1. Uyğunluğu müəyyənləşdirin:

  1. səbəb zərfliyi işlənmiş cümlə

  2. məqsəd zərfliyi işlənmiş cümlə

  3. tərzi-hərəkət zərfliyi işlənmiş cümlə

  1. Uşağı müayinə etdirmək üçün xəstəxanaya apardı.

  2. O, heç kəsə əhəmiyyət verməyərək danışırdı.

  3. Gülməməkdən ötrü dodağını sıxdı.

  4. Sərvər gecikdiyi üçün nigaran idik.

  5. Bellə işlədiyi üçün əlləri qabar olmuşdu.

  1. Vasitəsiz tamamlıq işlənmiş cümlələri seçin.

  1. Onda olan bu Allah sevgisi bir möcüzə idi.

  2. Səni məndən soruşana nə deyim?

  3. Qonşudan gələn dava-dalaş səsləri nəhayət kəsildi.

  4. Müsyo Jordan Qarabağda yetişən bu bitkilərin bir çoxunu heç yerdə görməmişdi.

  5. O, şagirdinin xəstə olduğunu bilirdi.

  6. İldırım çaxdı, elə bil göylər şaqqıldayıb yerə töküldü.



  1. Elmi dərya qədər dərin, zəkası günəş qədər parlaqdır” cümləsinin sintaktik təhlilinə aid doğru fikirləri müəyyənləşdirin:

  1. Həmcins üzvlü sadə cümlədir.

  2. Tabesiz mürəkkəb cümlədir.

  3. Həmcins mübtədaları arasında yanaşma əlaqəsi var.

  4. Cümlədə təyin işlənməyib.

  5. Xəbərləri quruluşca sadədir.



  1. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər işlənmiş cümlələri seçin.

  1. Dağıstan əhliyəm, ləzgiyəm, qardaş. (S.V)

  2. Bakıya gələli bu nöqsanımı qismən düzəltmişəm.

  3. Mənsur həyat ilə ölüm arasında cavab gözləyirdi.

  4. Fəhlələr də, deyəsən, kiçik bir işarə gözləyirdilər. (M.H)

  5. Açıq yaşamışdır bizim nənələr;

Kəfəndir, a balam, saray pərdələr. (S.V)

  1. Xəzər dənizi öz böyüklüyü ilə başqa qapalı dənizlərdən seçilir.



  1. Şəxssiz cümlələri seçin.

  1. Mədəndə şiddətli bir yanğın vardı.

  2. Qışın sərt günlərindən biri idi.

  3. Bu hadisədən onun qanı yaman qaralmışdı.

  4. Oyunun qurtarmasını səbirsizliklə gözləyirdik.

  5. Dənizdən əsən soyuq dekabr küləyi alov üfürürdü.

  6. Qapıları taybatay açıq idi.



  1. Ağabacı ona görəbu sözləri bərkdən deyirdi ki, Əminə xanım eşitsin” cümləsi haqqındakı düzgün fikirləri göstərin.

  1. Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir.

  2. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.

  3. Birinci cümlə baş, ikinci cümlə isə budaq cümlədir.

  4. Cümlələr bağlayıcı vasitəsilə əlaqələnmişdir.

  5. Baş cümlənin xəbəri felin xəbər, budaq cümlənin xəbəri əmr şəklindədir.

  6. Baş cümlə müxtəsər, baş cümlə isə geniş sadə cümlədir.



  1. III növ təyini söz birləşməsinin asılı tərəfinə aid olan əlavə hansı cümlələrdə işlənib ?

  1. Mübariz İbrahimovun - Azərbaycanın Milli Qəhrəmanının xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

  2. Təhsil aldığım elm ocağı - Bakı Dövlət Universiteti 1919-cu ildə təsis edilib.

  3. Dərs aldığım müəllimlərimin – qayğıküş, fədakar ziyalıların əməyini həmişə yüksək qiymətləndirmişəm.

  4. Fatimənin – bu balaca qızın danışdığı məzəli sözlər bizi güldürdü.

  5. Tədbirin iştirakçısına - şair Ramiz Rövşənə söz verildi.

  6. Mən irəliyə - dağların yaşıl sinəsi ilə uzanan yollara baxırdım.



  1. Mürəkkəb ismi birləşmələri seçin.

  1. ətraflı fikir söyləmək

  2. darvazanın böyük qapısı

  3. daha səbirli insan

  4. xurcunun bəzəkli naxışları

  5. ən ülvi hislər

  6. mənim ciddi danışmağım

  7. ən gözəl qızlar

  8. mehriban anam

  9. qızım Selcan

  10. tədbirdə ucadan danışmaq

Səhv: ___________ Doğru: ___________

Açıq testlər – Sintaksis (Araz yayınları)

Cavablar:

1 – 1e; 2b,d; 3a,c;

2 – 1b; 2a; 3e;

3 – 1d; 2b,e; 3c;

4- 1c,d; 2b,e; 3a;

5 – 1b,e; 2c; 3d,a;

6- 1d; 2b; 3e;

7 – 1a,d; 2b,e; 3c;

8 – 1d,e; 2a,c; 3b;

9 – 2,4,5

10 - 2,4,5

11 – 1,4,5

12 – 2,3

13 – 1,3,4,5

14 – 1,3

15 – 2,4,6




Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə