Şagirdlərdə yaradıcı təfəkkürün inkişaf etdirilməsində sinkveynlərin rolu və biologiya dərslərində didaktik sinkveynlərin tətbiqi metodikası.
Sinkveyn-fransız dlində (cinquains), ingilis dilində (cinquain)- 5 sətirlik şer formasıdır.Sinkveyn XX əsrin əvvəllərində - Yapon poeziyasının təsiri altında amerikalı şairə A.Kurepsi tərəfindən düşünülmüşdür. Didaktik sinkveynlər də ilk dəfə Amerika məktəblərində istifadə olunmağa başlanmışdır.
1997-ci ildən isə Rusiyada didaktik məqsədlərlə effektiv,daha tez nəticələr əldə olunmasına imkan verən metodlar kimi istifadə edilməyə başlanmışdır. Didaktik sinkveynlərin tərtib olunması, digərlərindən fərqli olaraq hecalara əsasən deyil , hər sətrin düşündürücü olmasına yönəldilməlidir.
Sinkveyn 5 sətirdən ibarət olur:
Sinkvenin adı - 1 söz , isim və ya əvəzlik ( sinkveynin mövzusu - əsas ideyanı əks etdirir)
Təsvir – 2 sifət və (mövzunun xüsusiyyətlərini göstərir - əsas fikri təsvir edir)
Müxtəlif tərəflərdən xarakterizə edir – 3 fel , (mövzunun fəaliyyəti haqqında- mövzu çərçivəsində fəaliyyəti əks etdirir)
Mövzuya aid 4 və ya bir neçə sözdən ibarət deyim – ( müəllifin şəxsi münasibətini ifadə edir ,mövzuya münasibəti vurğulayır)
Sinkveynə (I sətir) sinonim isim və ya söz birləşməsi – (mövzuya emosional münasibəti ifadə edir)
Sinkveyn tərtib edərkən hər bənddə yeni, təkrarlanmayan sözlərdən istifadə olunmalıdır.Nəticədə - qısa vaxt ərzində istənilən mövzuya həsr edilmiş didaktik material alınır ki, bu da biologiya dərsləri üçün həm də dəyərli yoxlama işi ola bilər.
Sinkveynin tərtib olunması şagirdlərin bütün şəxsi qabliyyətlərinin (intellektual,obrazlı,yaradıcı ) təcrübi olaraq realizə olunmasını tələb edir.Sinkveyn yazmaq üçün şagirdlər fənn üzrə bilik və anlayışlara malik olmalıdır. Sinkveyn yaratmaq - maraqlı,cəzbedici və yaradıcı iş olduğu üçün müxtəlif yaşlı şagirdlərdə sistemli və analitik düşünmə qabliyyətini, məntiqi,tənqidi təfəkkürünü formalaışdırır və inkişaf etdirir,həmçinin ,öz fikirlərini ifadə etmək üçün lüğət ehtiyatlarını genişləndirməyə aktiv imkanlar yaradır.
Sinkveyn – şagirdlərdə refleksiyanı həyata keçirməklə yanaşı, eyni zamanda onları düşünməyə Bu baxımdan sinkveynlərdən fəal təlimin yaradıcı tətbiqetmə mərhələsində istifadə edilməsi daha məqsədəuyğundur.Əgər sinkveyn asan tərtib edilirsə,deməli,mövzu yaxşı mənimsənilmişdir.
Biologiya dərslərində müxtəlif təlim strategiyalrı və texnologiyalarından istifadə olunur.Canlıların əsas xüsusiyyətlərinin tədqiqi ,refleksiya və yaradıcı tətbiqetmə , ev tapşırıqlarının verilməsi zamanı didaktik sinkveynlərdən istifadə olunması daha səmərəli nəticələrə gətirib çıxarır.
Balıq Fotosintez
Pulcuqlu, səssiz Avtotrof,yaşıl
Üzgəclidir,üzür,kürü tökür İşıqda baş verir,sintez edir,ötürür
Susuz yaşaya bilməz. CO2,H2O – bitkilərin qidasıdır
Su heyvanı Qida zənciri
DNT Çiçək
İkiqat zəncirli,irimolekullu Rəngarəng, cəlbedici
İkiləşir,kodlaşdırır,nüvədə yerləşir Açılır, tozlanır,meyvə əmələ gətirir,
Hər bir canlının xromosom dəstini mühafizə edir. Yalnız örtülütoxumlu bitkilərdə olur
Genetik kod Generativ orqan
Qan Ürək
Qırmızı,kürəşəkilli Ritmik,avtomaik
Daşıyır,qidalandırır,qoruyur Döyünür,qan vurur,yaşadır
Orqanizmin maye mühitini təşkil edir Orqanizmin yorulmaz mühərrikidir
Humoral tənzim Qan-damar sistemi
Biologiya dərslərində müəllim sinkveynlərdən mövzunun adının təyin olunması üçün də istifadə edə bilər. I sətirdəki söz nə ola bilər? I sətirdəki sözü tap formasında şagirdlərə müraciət edə bilər.Məsələn; Suda - quruda yaşayanlar mövzusu öyrənilərkən aşağıdakı kimi yarımçıq sinkveynlər tərtib oluna bilər:
? ?
Sürüşkən,ziyilli Quyruqlu,parlaq sarı ləkəli
Tullanır,cücü tutur,kürü tökür Yeriyir,kürü tökür,suda çoxalır
Yalnız hərəkətdə olanları görür. Dərisi zəhərli maye ifraz edir
Qurbağa Salamandra
Sinkveynləri müəllim hazır şəkildə şagirdlərə verməklə onlara hekayə qurmağı da tapşırmaq olar.Məsələn;
Xlamidomonada Bakteriyalar
Yaşıl,qamçılı Nüvəsiz, mikroskopik
Üzür,işığı hiss edir, sintez edir Bölünür,çox kiçikdir,geniş yayılmışdır
Qeyri cinsi və cinsi yolla çoxalır Həm faydalı,həm də parazit nümayəndələri vardır
Birhüceyrəli yosun Prokariotlar
Xlamidomonada yaşıl rəngli,qamçılı yosundur.Suda sərbəst hərəkət edir-qamçıları vasitəsilə üzür.Qırmızı gözcük işığa həssas olduğu üçün işığa doğru üzən yosun fotosintez nəticəsində qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir.Qeyri cinsi və cinsi yolla çoxalır.Birhüceyrəli yosundur.
Bakteriyalar nüvəsiz,mikroskopik orqanizmlərdir.Sadə bölünmə yolu ilə çoxalırlar.Çox kiçikdirlər,geniş yayılmışlar.Həm faydalı,həm də parazit həyat tərzi keçirən nümayəndələri vardır.Nüvəsi olmadığı üçün prokariotlar adlanırlar.
Sinkveynin yazılması biologiya dərslərində az vaxt ərzində dəyərli yoxlama işi ola bilir.
Dostları ilə paylaş: |