BULGULAR
"Sağlam Təhsil" siniflərində tədris şəraiti və uşaqların sağlamlığı həkimlər tərəfindən daim diqqət mərkəzində saxlanılır. Onlar uşaqların parta arxasında düzgün oturmasına, işıqlandırmaya və sağlamlığına təsir edən digər proseslərə diqqət edir, dərsdə yorulma hallarının qarşısının alınması üçün idman hərəkətlərinin, gözlər üçün təmrinlərin yerinə yetirilməsinə nəzarət edirlər.
Siniflərin divarlarında künclərin gizlədilməsi üçün müxtəlif mənzərələr çəkilib. Bu mənzərələr uşaqların özlərini fərqli məkanda hiss etməsinə imkan yaradır. Bununla yanaşı, siniflərdə oğlan uşaqlarının tənəffüsdə idman etməsi üçün turniklər var. Sinfin divarlarında müxtəlif bitki, əşya və heyvan təsvirləri olan lampalar yerləşib. Lampalar "Sağlam Təhsil Vaxt Pultu" vasitəsilə yanıb sönür və bununla uşaqlar hər 15 dəqiqədən bir yerlərini dəyişirlər. Bu, uşaqların hərəkətliyini artırır, əlavə olaraq məktəblilərdə statik gərginliyin aradan qaldırılmasına kömək edir. Künclərdə çəkilmiş ağac və buludlar otaqda panorama effekti yaradır ki, bu da uşaqların özlərini bağlı məkanda hiss etməməsinə şərait yaradır. Siniflərin tavanında göz əzələlərinin inkişafı üçün xüsusi sxemlər çəkilib.
"Sağlam Təhsil" siniflərində gigiyenik normalara uyğun, günəş işığına yaxın işıqdan istifadə edilir və daim təbii işıqlandırmaya şərait yaradılır. Sinif otaqlarındakı mebellər uşaqların qamətinin formalaşmasına, sağlamlığının möhkəmlənməsinə müsbət təsir göstərir. Bu mebellər uşaqların boyuna uyğun olmaqla yanaşı, səthi 16 dərəcə meylli olur. Bunun mahiyyəti ondan ibarətdir ki, uşaqlar oxuyan zaman göz ilə işçi səth arasındakı məsafə 25-30 sm, həm də işçi səthin yuxarı tərəfi ilə aşağı tərəfi arasındakı məsafə eyni olsun. Belə olduqda uşaqlar qamətlərini düz saxlayır, aşağı əyilmirlər. Siniflərdə hər bir partanın altına masajedici ayaqaltılar da yerləşdirilib.
“Sağlam Təhsil” siniflərində keçirilən monitorinq zamanı bu siniflərdə təhsil alan şagirdlərin intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etdiyi təsdiqlənib.
Pilot layihənin həyata keçirildiyi ilk ilin oktyabr ayında “Sağlam Təhsil” siniflərində normal fiziki inkişaflı şagirdlərin sayı 80,8% təşkil etdiyi halda yanvar müayinəsi zamanı bu göstərici 86,1% olub. Normal fiziki inkişaflı oğlanlar oktyabr ayı ilə müqayisədə yanvar ayında daha çox müşahidə edilib. Bu göstərici oktyabrda 80,5%, yanvarda isə 86,5% təşkil edib.
Ənənəvi tədris üzrə təhsilalanlarda əksinə, normal fiziki inkişaflı şagirdlərin sayı 0,3% azalıb. Bu azalma əsasən qızların hesabına qeyd edilir. Həmin göstərici oktyabr ayında 80,8%, yanvarda isə 79,6% olub.
SONUÇ
«Sağlam Təhsil – Sağlam Millət» layihəsinin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji və pedaqoji monitorinqlərin nəticələri göstərmişdir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır. Sağlam təhsil texnologiyaları elə qurulmuşdur ki, burada şagirdlərin yaradıcılıq potensialını üzə çıxaracaq hər cür imkanlar var.
Nağıl dərslər, əyani vəsaitlər, otağın tərtibatı, müsbət psixoloji mühitin olması, dərslərin rəngarəng keçməsi, xüsusilə də əl işləri mərhələsində şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirən tapşırıqların verilməsi şagirdlərin sağlam böyüməsilə yanaşı, həm də yüksək keyfiyyətli təhsil almasına imkanlar yaradır. "Sağlam Təhsil" siniflərində aparılan monitorinqin nəticələri qarşıdakı illərdə də bu layihənin davam etdirilməsinə zəmin yaradır.
Layihənin davam etdirilməsi üçün gələcək planlar da hazırlanmışdır:
Hər il 35 məktəbdə açılan birinci siniflərdən bir qisminin "Sağlam Təhsil" sinifləri kimi
fəaliyyət göstərməsi nəzərdə tutulub;
təkmilləşdirilməsi;
Sağlam Təhsil sinifləri fəaliyyət göstərən məktəblərin tədricən I-XI sinifləri əhatə edən
“Sağlam Təhsil” məktəblərə çevrilməsi;
Bu proses mərhələli şəkildə ediləcək: əvvəl ibtidai, sonra ümumi orta, daha sonra tam orta pillələrdə. 0-21 yaşı əhatə eədəcək meqa-məktəbin yaradılması.
Resublikanın bütün şəhər və rayonlarını əhatə edən “Sağlam Təhsil” Məktəblər
şəbəkəsinin qurulması;
Orta ixtisas və Ali təhsil müəssisələrində “Sağlam Təhsil” Texnologiyalarının tədrisi üçün
zəruri ixtisasların müəyyən edilməsi və kaferdaların açılması.
Orta ixtisas və Ali təhsil müəssisələrində sağlam ətraf mühitin və öyrənmə mühitinin
yaradılması.
Dostları ilə paylaş: |