tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 128. Qanaxmanın növləri hansılardır?
A) Kapillyar, venoz, arterial
B) Kapillyar, daxili, təhlükəsiz
C) Adi, venoz, arterial
D) Daxili, venoz, mürəkkəb
E) Kapillyar, arterial, xarici
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017
129. Əməyin mühafizə xidməti işçilərinin vəzifə borcları düzgün göstərilən bəndi seçin.
A) İşçilərin əməyin mühafizəsi üzrə normalara, qayda və təlimatlara riayət etməsinə, fərdi və
kollektiv mühafizə vasitələrini düzgün tətbiq olunmasına nəzarət etmək
B) İşçilərin texniki təhlükəsizlik üzrə normalara, qayda və təlimatlara riayət etməsinə, fərdi və
kollektiv mühafizə vasitələrini düzgün tətbiq olunmasına nəzarət etmək
C) İşçilərin ətraf mühitin mühafizəsi üzrə normalara, qayda və təlimatlara riayət etməsinə, fərdi və
kollektiv mühafizə vasitələrini düzgün tətbiq olunmasına nəzarət etmək
D) İşçilərin əməyin mühafizəsi üzrə normalara, qayda və təlimatlara riayət etmək, texnoloji rejim
normalarının düzgün tətbiq olunmasına nəzarət etmək
E) İşçilərin texniki təhlükəsizlik üzrə normalara, qayda və təlimatlara, ətraf mühitin mühafizəsi və
sanitar norma və qaydalarına riayət olunmasına nəzarət etmək
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 101
130. Köpük tərkibli odsöndürənlər hansı yanğınlarda istifadə edilməlidir?
A) Neft məhsuları yanğınlarında
B) ağac, kağız, parça, plastik və s. Yanğınlarında
C) Elektrik qurğularının yanğınlarında
D) Yanar materiallar yanğınlarında
E) Yanar mayelərin yanğınlarında
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Tural Əmirxan İlkin yanğınsöndürmə vasitələri Bakı 2014, səh. 7
131. Kapillyar qanaxmaya qoyulan sarğı hansıdır?
A) Pambıqlı
B) Qarşılıqlı
C) Kağız
D) Adi
E) Parça
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017