tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 39. Təzyiq altında olan balon və tutumlarda təzyiqi tənzimləmək üçün tətbiq edilən cihaz:
A) Barometr
B) Manometr
C) Vakuummetr
D) Diferensial manometr
E) Tənzimləyici (reduktor)
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismarı qaydaları. 2015
40. Odsöndürücü balon döşəmədən hansı hündürlükdə yerləşdirilməlidir?
A) 1,5 metr
B) 3 metr
C) 2,5 metr
D) 4 metr
E) 3,5 metr
Testin çətinlik dərəcəsi: Asan
İstinad: TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BİNA VƏ QURĞULARININ İSTİSMARI ZAMANI
YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI, Bakı 2004
41. Ağır, zərərli və təhlükəli işlərlərə qəbul olunan fəhlə və qulluqçuların peşə xəstəliklərinə
tutulmasının müəyyənləşdirilməsi üçün hansı tədbirlər görülür?
A) İlk və vaxtaşırı tibbi müayinədən keçməsi haqqında arayış tələb olunur
B) Hər hansı bir yerdə işlədiyi halda ordan əmək kitabçası tələb olunur
C) İşçinin xasiyyətnaməsi tələb olunur
D) İşçi haqqında ilkin məlumatlar (CV) işçidən tələb olunur
E) İşçi ilə fərdi söhbət olunur
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II-cild. Bakı, 2011.
Səh. 3
42. Təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qaz balonları üzərində aşağıdakılar
olmalıdır. Düzgün cavabı seçin.
A) İki ədəd qoruyucu rezin halqa, sifarişçinin telefon nömrəsi, balonların ventillərində boğucu
qapaqlar və plomb ilə plomblanmış qoruyucu qapaqlar
B) İki ədəd qoruyucu rezin halqa, təhlükə nişanları, balonların ventillərində boğucu qapaqlar və
plomb ilə plomblanmış qoruyucu qapaqlar
C) İki ədəd qoruyucu rezin halqa, təhlükə nişanları, balonların ventillərində boğucu qapaqlar və
qazın tərkibini göstərən analizator
D) İki ədəd qoruyucu rezin halqa, təhlükə nişanları, əleyhqaz və plomb ilə plomblanmış qoruyucu
qapaqlar
E) İki ədəd əlcək, təhlükə nişanları, balonların ventillərində boğucu qapaqlar və plomb ilə
plomblanmış qoruyucu qapaqlar
Testin çətinlik dərəcəsi: Orta