Əsas prinsiplər və Görüləcək işlər Şagirdlərdə yaranan sualları və narahatlıq doğuran məsələləri müzakirə etmək üçün şərait yaratmaq lazım gələrsə, şagirdlərdə virusla bağlı qorxu və təşviş halı yaranan narahatlıq barədə psixoloqun məlumatı olmalıdır. Məktəbin psixoloqu məlumatları səmimi şəkildə, yaşa uyğun tərzdə təqdim etməli. habelə bullinqin və eksklüziyanın qarşısının alınması yolları barədə şagirdlərə məsləhətlər verməlidir.. Həyacan əlamətləri nümayiş etdirən şagird və işçilərin müəyyən edilməsi və dəstəklənməsi üçün məktəbin tibbi personalı/sosial işçiləri ilə birgə iş aparmalıdır.(ilin əvvəli)
Tərbiyə üzrə direktor müavini tərbiyəçi müəllimlərin davamiyyəti, şagirdlərin tam gigiyenik formada yeməklərinin təşkili, alt – üst paltarlarının gündəlik olaraq dəyişilməsi və təmizliyi üzrə yoxlanışlar aparmalı və yaranan nöqsanları aradan qaldırmalıdır. (hər gün)
Şagirdlərin və işçilərin məktəbdəki davamiyyətini izləmək və adi vəziyyətdəki davamiyyət səviyyələri ilə müqayisə etmək üçün məktəbdə davamiyyət səviyyəsinin monitorinq sistemini tətbiq etmək məktəbin Tədris işləri üzrə Hissə müdirinə həvalə olunur. Xəstəliyə dair vəziyyətlə, o cümlədən məktəbdə həyata