5.Planlaşdırma və onun növləri. Bizness plan.
Planlaşdırma nədir
Planlaşdırmanın növləri
Bizness plan
Biznes planın bölmələri
Planlaşdırma nədir.
Rabitənin elmi əsaslarla idarə olunmasının ən mühüm cəhətlərindən biri də onun planlaşdırılmasıdır; planlaşdırma idarəetmənin əsas funksiyasıdır; planlaşdırma idarəetmə vasitəsidir.
Planlaşdırma, bazar iqtisadi sisteminə əsaslanan cəmiyyətin iqtisadi qanunlarının, xüsusilə tələb və təklif arasında tarazlıq qanunun düzgün dərk olunması və istifadəsi əsasında xalq təsərrüfatına, onun ayrı-ayrı sahələrinə, müəssisələrə rəhbərliyin formasıdır.
“Plan” yunan sözü olub, məzmununa görə “rəvan”, “bərabər” sözlərinə uyğun gəlir. Plan-məqsədi, məzmunu, həcmi, metodları, ardıcıllığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir (məsələn, tədris planı, istehsal planı, biznes-plan və s.).
Müəssisədə plan işinin əsas mahiyyəti aşağıdakılardan ibarətdir. a) yeni məhsul istehsalına hazırlıq işlərinə aid planlar tərtib etmək; b) istehsalı mənimsəmiş məhsulların hazırlanması planlarını tərtib etmək; c) istehsal üçün zəruri olan iş qüvvəsini, material, enerji və başqa maddi resursları müəyyən etmək və d) plan dövründə müəssisənin istehsal-təsərrüfat fəaliyyəti göstəricilərini texniki-iqtisadi cəhətdən əsaslandırmaq.
Dostları ilə paylaş: |