Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə14/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   10   11   12   13   14   15   16   17   ...   67
Biznes planın bölmələri

Müəssisədə biznes-plan müəyyən tələblərə uyğun olaraq işlənib hazırlanır və əsasən aşağıdakı bölmələrdən ibarət olur:

1.      Həyata keçiriləcək layihənin məqsəd və vəzifələri bölməsi–özündə aşağıdakı məlumatları əks etdirir: əldə ediləcək mənfəətin səviyyəsini; layihənin həyata ke­çi­ril­mə­si nəticəsində əhalinin gündəlik tələbatlarının ödənil­mə­si imkanlarını; məhsul qıtlığının aradan qaldırılmasını; ekoloji mühitin yaxşılaşdırılmasını; müəssisənin kadr ya­ra­dıcılığı potensialının inkişafını; iqtisadi-işgüzar əlaqə­lə­rin dinamikasını; iqtisadi imkanların təbliğini və s. Bu böl­məni işləyib hazırlayan zaman həyata keçiriləcək bu və ya digər məqsəd və vəzifələrin iqtisadi səmərəliliyi müəy­yən­ləşdirilir.

2.      Xülasə bölməsi – layihənin əsas ideyalarının və məz­mu­nun qısa şərhindən ibarətdir və bundan sonrakı böl­mə­lər­in ümumi nəticələrini özündə əks etdirir. Bu bölmə daha dəqiq  və məsuliyyətli işlənib hazırlanmalıdır, çünki investorlar həmin bölmə ilə ətraflı tanış olduqdan sonra investisiya qoyuluşu və əməkdaşlıq haqqında qərar qəbul edirlər. Bu bölmədə aşağıdakılar göstərilir: layihənin qısa məz­munu və son məqsədi; istehsal estetikası və onun di­gər layihələrdən fərqli xüsusiyyətləri; qarşıya qoyulmuş məq­səd və vəzifələrə nail olmağın yolları; layihənin hə­ya­ta keçirilməsi müddətləri; layihənin həyata keçi­ril­mə­­si ilə əla­qədar olan xərclərin həcmi və onların maliy­yə­ləşdi­ril­məsi mənbələri; məqsəd və vəzifələrin yerinə ye­ti­ril­məsi nəticəsində əldə ediləcək səmərə, mənfəət və digər növ gəlirlərdən istifadə istiqamətləri.

3.      Müəssisə tərəfindən istehlakçıya təklif  edilən məh­su­lun və yaxud xidmətin xarakteri bölməsi – özündə aşa­ğı­­da­kıları əks etdirir: yeni məhsulun (şin, xidmətin) ödə­yə­cə­yi tələbatların sferası; həmin tələbatları ödəmək üçün is­tehlakçılara təklif edilən mövcud məhsullardan yeni məh­sulun üstünlükləri; yeni məhsul növlərinin realizəsi üçün nəzərdə tutulmuş qiymət; həmin məhsulun rea­li­zə­sin­dən əldə ediləcək mənfəətin məbləği və norması, yəni isteh­sa­lın rentabellik səviyyəsi və s.

4.      Tələbin, satış bazarının və həcminin təhlili və qiy­mət­ləndirilməsi bölməsi  sahibkarlıq fəaliyyətinin qar­şı­sın­da duran məqsəd və vəzifələrlə əlaqədar olan layihənin həyata keçirilməsinin təsiri altında formalaşır. Bu bölmədə aşağıdakılar öz əksini tapır: yeni məhsulların (xidmətlərin) əsas istehlakçıları; satışın hazırkı və perspektiv həcmi; məh­sulun satış qiyməti və onun gələcəkdə aşağı salınması im­kanları; istehlakçılara əlavə güzəştlərin edilməsi müm­kün­lüyü;  satışdan sonrakı xidmətlərin növləri və qay­dası; müəssisənin bazardakı rəqibləri və onların məh­sul­larının xüsusiyyətləri, keyfiyyəti və satış qiymətləri.

5.      Texniki-təşkilati tədbirlər bölməsi – sahibkarın özü­­nün bu və ya digər məqsəd və vəzifələr üçün işlənib ha­­zır­lan­mış layihənin  həyata keçirilməsi yollarını müəy­yən et­mək üçün lazımdır. Bu bölmədə aşağıdakılar gös­tə­ril­ir: möv­cud istehsal gücünün artırılması və ya yeni is­teh­sal gü­cünün işə salınması üzrə tədbirlər; istehsalın opti­mal həc­mini təmin etmək üçün zəruri olan in­ves­ti­si­yanın həc­mi; müəssisənin maddi enerji və digər növ ehtiyatlarla tə­min olunması imkanları; istifadə oluna­caq texnologiya, tex­nika, kadrlar haqqında məlumatlar. 

6.      Layihənin ehtiyat təminat bölməsi – sahibkarlıq fəa­­liy­yətinin qarşısında qoyulan məqsəd və vəzifələrin hə­ya­ta keçirilməsi üçün lazım olan ehtiyatların növləri, həcmi, əldə edilməsi mənbələri və üsulları haqqında mə­lu­mat­ları özündə əks etdirir.

7.      Layihənin səmərəlilik bölməsi – özündə layihənin ren­tabelliyi və həmin layihənin həyata keçirilməsi nəti­cə­sin­də əldə ediləcək mənfəətin, gəlirin məbləği haqqında məlumatları özündə əks etdirir. Onlara aiddir: məhsulun is­tehsalı və satışı həcmi; məhsulun satışından əldə edi­lə­cək mənfəətin məbləği; mənfəətdən ödəniləcək vergilərin həcmi; vergi verildikdən sonra müəssisənin sərəncamında qalacaq mənfəətin məbləği və s.


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin