2. Əsas fondların qiymətləndirilməsi. Rabitə müəsisələrində əsas fondların mövcud olması, istifadəsi, onların qiymətləndirilməsi vasitəsilə aparılır. Onlar natural və dəyər ifadəsində uçota alınır və qiymətləndirilir. Əsas fondların natural forması bir çox cəhətdən bu və ya digər müəssisənin texnoloji xüsusiyyətləri ilə müəyyən edilir
Əsas fondların natural göstəricilər üzrə təhlili müəssisənin işi üçün böyük əhəmiyyətə malikdir, çünki bu təhlil ayrı-ayrı sexlərin və sahələrin istehsal imkanlarını müəyyən etməyə yardım göstərir. Eyni zamanda fondların ümumi dinamikasını hesablamaq üçün müəssisənin əsas fondları yalnız natural göstəricilərlə deyil, həmçinin pul, yəni dəyər formasında da uçota alınır.
İstehsal əsas fondlarının dəyərcə pul vasitəsilə qiymətləndirilməsinin 3 üsulunu: tam ilkin dəyərə, tam bərpa dəyərinə və qalıq dəyərinə görə qiymətləndirilməsi üsullarını fərqləndirirlər.
1. Tam ilkin dəyərə görə – əsas fondların qiymətləndirilməsi vaxtında onların tikilməsi, alınması, gətirilməsi və quraşdırılması müəssisəyə neçəyə başa gəlmişdir. Buna balans dəyəri deyilir.
2. Tam bərpa dəyərinə görə – əsas fondların tam ilkin dəyərinə görə qiymətləndirilməsindəki qüsuru aradan qaldırır. Həmin dəyər fəaliyyətdə olan əsas fondların yeni şəraitdə mənəvi köhnəlməni və tikinti – quraşdırmada baş vermiş dəyişikliklərini nəzərə alaraq, yaradılmasının neçəyə başa gəldiyini göstərir və əsas fondlar vaxtaşırı yenidən qiymətləndirilir.
3. Qalıq dəyərinə görə – hazırkı müddətdə əvvəllərdə istifadə olunmuş əsas fondların dəyərindən hələ nə qədər qaldığını göstərir. Fondların bu dəyər üzrə qiymətləndirilməsinin iqtisadi əhəmiyyəti bundadır ki, o, əsas fondların hazırda ilk dəyərindən hələ hansı hissəsinin qaldığını, yəni nə qədər dəyəri hazır məhsula keçirməli olduğunu göstərir. Əsas fondların köhnəlmə dəyəri çıxılmaqla hesablanan dəyərinə qalıq dəyəri deyilir.
Dostları ilə paylaş: |