9. Dövriyyə fondları və onların tərkibi.
İstehsal prosesinin ahəngdar və fasiləsiz getməsini təmin etmək üçün əsas istehsal fondları ilə yanaşı əmək cisimləri,maddi resurslar da lazımdır. Əmək cisimlərinin dövriyyəsi əmək prosesi və əsas istehsal fondları ilə üzvi bağlıdır.İstehsal fondlarının müəyyən hissəsini dövriyyə fondları təşkil edir. Dövriyyə fondları istehsal prosesinin məcburi elementi ,məhsulun maya dəyərinin əsas hissəsidir.
Müəssisədə kifayət qədər dövriyyə vəsaitlərinin olması onun normal fəaliyyəti üçün zəruri şərtdir.
Rabitə müəssisələrində dövriyyə istehsal fondları dedikdə, bir istehsal tsiklində tamamilə sərf olunan, öz dəyərini istehsal olunan məhsulun üzərinə bir dəfəlik və bütünlüklə keçirən və bu halda özünün natural formasını itirən əmək cisimləri başa düşülür.
Müəssisənin dövriyyə fondları 3 hissədən ibarətdir
-İstehsal ehtiyatları
-Bitməmiş istehsal
-Gələcək dövrün xərcləri.
Dostları ilə paylaş: |