Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə30/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   26   27   28   29   30   31   32   33   ...   67
Əmək haqqının növləri

Əmək haqqının nominal, real, orta aylıq, minimum növ­lə­ri­ni fərqləndirirlər.

Nominal əmək haqqı  müəyyən iş dövrü ərzində işçilərin sərf etdikləri əməyin kəmiyyət və key­fiyyətinə uyğun olaraq pul və ya natura şəklində ödə­ni­lən əmək haqqıdır; hesablanmış (bütün çatası məbləğ) və ələ verilən əmək haqqı (vergilər çıxılmaqla) fərqləndirilir. Əməyə görə bölgü prinsipi öz ifadəsini nominal əmək haqqında tapır.

Real əmək haqqı  maddi nemətlərdə və xid­mət­lə­rin­də ifadə olunan əmək haqqının miqdarıdır. Real əmək haq­qının artımı nominal əmək haqqının əmtəələrin qiy­mə­ti və xidmətlərin tarifi indeksinə nisbəti ilə müəyyən olu­nur. Bu zaman əmək haqqından tutulmuş vergilərin məb­lə­ği çıxılır.

Orta aylıq əmək haqqı  müəssisənin hər bir işçisinə görə hesablanan əmək haqqının miqdarını səciyyələndirir. Orta aylıq əmək haqqı fondunu muzdlu işçilərin sayına bölməklə müəyyən edilir.

Minimum əmək haqqı  bütün işləyənlər üçün dövlət tərə­findən müəyyən vaxta qəbul edilmiş minimum əmək haq­qıdır. Minimum əmək haqqı istehlak qiymətləri in­dek­si­nin artması ilə əlaqədar mütəmadi olaraq yenidən baxılır.


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin