2 .İstehsalın rentabelliyi və onun yüksəldilməsi yolları
Rentabellik – mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən iqtisadi subyektin müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliyyətinin iqtisadi səmərəliliyinin göstəricisidir.
Rentabellik Əmsalı ( məhsulun rentabelliyi ) – əmtəə vahidinin satışından əldə olunan ümumi mənfəətin maya dəyərinə (istehsal və tədavül məsrəflərinə) nisbəti ilə ölçülür.
Bazar iqtisadiyyatı biznes üçün yeni qaydalar diktə edir və mənfəət təsərrüfat fəaliyyətinin uğurlu olmasının başlıca göstəricisi hesab olunur. Mənfəət gəlirləri, xərcləri, itkiləri xarakterizə edərək, təsərrüfat fəaliyyətinin bütün göstəricilərini ümumiləşirir. Mənfəət sayəsində müəssisəsinin fəaliyyətinin effektivliyini və rentabelliyini öyrənmək və onu qiymətləndirmək olar. Mənfəət müəssisənin gələcək fəaliyyətini stimullaşdırcaq mənbə, onun inkişafına təkan verəcək başlıca qüvvə və onun şəxsi kapitalını artırmaq üçün əsas vasitədir.
Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin iqtisadi göstəriciləri içərisində rentabellik göstəricisi xüsusi rol oynayır. Əgər mənfəətin müəssisənin mütləq gəlirliyini əks etdirirsə, rentabellik nisbi gəlirliliyi göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur. Müəssisə o halda rentabelli hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil məhsulun istehsalı və satışı xərclərini ödəməklə bərabər müəyyən mənfəəti də təmin etsin. Beləliklə rentabellik müəssisənin işinin səmərəliliyini səciyyələndirir, müəssisənin kapitalı artırmaq qabiliyyəti haqqında təsəvvür yaradır.
Rentabellik müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:
Rüm = (Mb:A)•100 ,
burada Mb – balans mənfəəti; A – müəssisənin aktivlərinin (əsas istehsal fondları ilə dövriyyə vəsaitlərinin ) dəyəridir.
Rentabelliyin bu göstəricisi qoyulmuş kapitalın bir manatına düşən mənfəətin məbləğini göstərir.
Aktivlərin rentabelliliyi ilə yanaşı sahibkarlıq fəaliyyətinin təhlili prosesində məhsulun rentabelliyi göstəricisindən yeni istifadə olunur. Həmin göstərici aşağıdakı düsturla hesablanır:
Rm = (Ms:M )•100
burada Ms – məhsulun satışından əldə edilən mənfəət;
M – satılmış məhsulun tam maya dəyəridir.
Dostları ilə paylaş: |