2.Rabitənin sahələri və iqtisadi xüsusiyyətləri.
1.Rabitənin növləri
2.Poçt rabitəsi.
3. Rabitənin iqtisadi xüsusiyyətləri
Rabitənin növləri
Ölkəmizdə rabitənin 2 növü var: elektrorabitə (radio və televiziya daxil olmaqla) və poçt rabitəsi.
Elektrorabitə rabitələrin köməyi ilə işarə və siqnalların,səsli informasiyanın ,məktub mətnlərinin ,görüntülərinin qəbulu və ötürülməsi baş tutur.Elektrorabitə öz tərkibində sənədli rabitə,şəhərlərarası telefon rabitəsini,yerli ( kənd,şəhər) telefon rabitəsini, xətti ötürmə,teleradiokompleks (radiorabitə,radio və televiziya) və kosmik rabitəni özündə birləşdirir.
Sənədli elektrorabitə müxtəlif teleqramların,fototeleqramların,qəzetlərin dəqiq və tez ötürülməsini təmin edir,yerli və xarici abunəçilər arasında danışıqları təşkil edir.Şəhərlərarası telefon rabitəsi danışıqların (səsli- informasiyanın ) xaricdə və ölkədə müxtəlif ərazilərdə yaşayan abunəçilərə ötürülməsini təmin edir.
Yerli telefon rabitəsi eyni yaşayış məntəqəsində yaşayan abunəçilər arasında telefon danışıqlarını təmin edir
Xətti ötürmənin əsas funksiyası abunəçi məntəqələrinə proqram verilişlərinin ötürülməsindən ibarətdir. Radiorabitənin ,radio və televiziya,kosmik rabitə operatorlarının əsas vəzifəsi telefon danışıqları üçün radiokanalları təşkil etmək, radio və televiziya verilişlərinin ötürülməsi üçün kanalları təmin etməkdən ibarətdir.
Poçt rabitəsi
Poçt rabitəsi müxtəlif poçt göndərişlərinin(məktub,bağlma,pul köçürmələri) qəbulunu,işlənməsini,çatdırılmasını,dövri mətbuatın ölkəmizdə və ondan kənarda yaşayan abunəçilər arsında yayılmasını təmin edir.Poçt rabitəsi istifadəçilərə kütləvi xidmət göstərir, geniş rabitə müəssisələri qovşağini əhatə edir.İstifadəçilərə keyfiyyətli xidmət göstərmək ,onların tələbatlarını tam təmin etmək üçün poçt rabitəsi müəssisələri “Azərpoçt” dövlət müəssisəsi ətrafında birləşdirilmişdir.
Dostları ilə paylaş: |