Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


BAZAR İQTİSADİYYATINA KEÇIDIN ZƏRURİLİYİ



Yüklə 124,6 Kb.
səhifə51/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   47   48   49   50   51   52   53   54   ...   67
22.BAZAR İQTİSADİYYATINA KEÇIDIN ZƏRURİLİYİ

Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal sturukturu , çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyyatları, əmtəə bazarının bolluğu şəraitində fəaliyyət göstərən bir iqtisadiyyatdır. Bazar iqtisadiyyatı mülkiyyətin çoxnövlülülyünə əmtəə təsərrüfatının geniş inkişafı, tələb və təklifin dinamikliyi, rəqabətin artması, iqtisadi azadlıq, liberallaşma və bazar infrasturukturunun genişlənməsinə əsaslanır. Bazr iqtisadiyyatı müasir səviyyəsinə birdən-birə gəlib çıxmamış və kapitalist istehsal münasibətləri formalaşdıqca bazr münasibətləri də təşəkkül tapmışdır. Ümumiyyətlə, bazar iqtisadiyyatının özünəməxsus xarakterik cəhətləri vardır və bunlara aşağıdakılar aiddir:

1)İqtisadi subyektlərin maksimal sərbəstliyi.

2)İqtisadi subyektlərin mülkiyyətinin bütün növlərinin hüquq bərabərliyinə əsaslanaraq tam məsuliyyət daşıması.

3)Təsərrüfat fəallığının stimullaşdırılması, məhsulun çeşidinin və keyfiyyətin artırılması, xərclərin azaldılması və qiymətlərin sərbəstləşdirilməsi nəticəsində azad rəqabətin mövcudluğu.

4)Qiymətlərin tələb və təklif əsasında formalaşması.

5)Bazar münasibətlərinin dövlət tənzimlənməsi.

6)İqtisadiyyatın açıq olması və onun ardıcıl olaraq dünya iqtisadiyyatına inteqrasiyası.

7)Vətəndaşların sosial müdafiəsinin təmin edilməsi.

8)Bütün dövlət hakimiyyət orqanlarının təsərrüfat fəaliyyətində birbaşa iştirak etməsi.

Bazar iqtisadiyyatının tarixi mərhələlərinə aşağıdakılar aiddir:

1)Azad rəqabət dövrü.

2)Kütləvi istehsal dövrü.

3)Satış dövrü.

4)Post-sənaye (elmi yenilik) dövrü.

5)İqtisadi inkişafın innovasiyasının tətbiqi dövrü.

6)İqtisadi inkişafın səmərəliliyi dövrü.

Bazar iqtisadiyyatı iqtisadi sistemlərin təsiri altında formalaşır və iqtisadi sistemin tipləri belə təsnifləşdirilir.

1)Bazar sistemi:

a)Azad bazar iqtisadiyyatı: XVIII-XIX əsrlər xüsusi mülkiyyətin makro iqtisadiyyatın tənzimlənməsi, çoxlu sayda istehsal və istehlakçının olması.

b)Müasir bazar iqtisadiyyatı elastik olmaqla daxili və xarici şəraitə tez uy-ğunlaşır.

2)Qeyri-bazar sistemi:

a)Ənənəvi – geri qalmış texnika və texnologiya əsasında fəaliyyət göstərən və çoxsahəli iqtisadiyyatı olan.

b)İnzibati amirlik – bütün ehtiyyatlara ictimai mülkiyyətin hakim olması.

Bazar iqtisadiyyatı aşağıdakı funksiyaları həyata keçirir:

1)Bazar qismən mərkəzləşmiş qaydada işlənib hazırlanmış iqtisadi siyasət vasitəsidir.

2)Bazar istehsalçıya təsir göstərir.

3)Dövlət idarəetmə orqanlarına mövcud istehsal praporsiyalarının dəyişməsinin bu və ya digər zəruriliyini aydınlaşdırır.

4)Tələbatın natural əşya göstəricilərinin konkretliyini müəyyən edir.

5)Bazar iqtisadiyyatı inzibati amirlik sisteminin əksidir.

Dünya təcrübəsi göstərir ki, hər hansı bir sistemin normal fəaliyyət göstərməsi üçün dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun müəyyən edilməsi, gözlənilməsi iqtisadiyyatın başlıca problemidir. Bu gün həyata keçirilən bazar iqtisadiyyatı sistemi ictimai tərəqqi və iqtisadiyyatın səmərəli inkişafına nail olmaqdan ibarətdir. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə inzibati amirlik sisteminə nisbətən daha az olur. Çox zaman iqtisadiyyata dövlətin təsiri azaldılaraq azad sahibkarlığın rolu artırılır və bu sahədə aşağıdakı tədbirlər həyata keçirilməyə başlayır, yəni əhalinin gəlirlərindən və sahibkaralrın mənfəətindən tutulan vergilərin səviyyəsi azaldılır, bir sıra dövlət müəssisələri özəlləşdirilir, iqtisadiyyatın planlaşdırılması məhdudlaşdırılır və müəyyən sosial vəzifələrə ayrılan vəsaitlərin həcmi azaldılır, dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi və dövlətin iqtisadiyyata təsiri 3 istiqamətdə həyata keçirilir. Yəni dövlət iqtisadiyyatın əks təsirinə müvafiq olaraq müdaxilə siyasəti yerinə yetirməklə iqtisadi inkişafına təkan verir, dövləti iq1tisadiyyatı özünə tabe etdirmək cəhdi iqtisadi durğunluğa aparır, dövlət iqtisadi inkişafa bu və ya digər sahədə təsir göstərməklə deformasiya yaradır ki, bunun özü də inkişafda yeni və yaxud müsbət meyillərin yaranmasına gətirib çıxarır


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin