25. Marketinq haqqında anlayış. Marketinq haqqında anlayış.
Marketinqin əsas anlayışları.
Marketinq haqqında anlayış.
Marketinq ingilis sözü olub hərfi mənası bazar fəaliyyəti,bazarlıq deməkdir.Bu anlayış keçən əsrin əvvəllərində ABŞ-da meydana gəlmiş və 50-ci illərin əvvəlinə qədər ondan ayrı-ayrı firmalar səviyyəsində istifadə olunurdu. Marketinq dedikdə elə bir fəaliyyət sahəsi başa düşülür ki,burada təsərrüfat problemlərinin həllində istehsalçıların sistemli yanaşma və metodlarından istifadə edilir.
F.Kotler görəmarketinq – ehtiyacların və tələbatların mübadilə vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür.