26.Menecmentin inkişaf mərhələləri və elmi məktəbləri.
1. Menecment nədir?
“Menecment” ingiliscə sözün hərfi mənasında idarəetmə, müdriklik, təşkiletmə mənasında işlədilir. Biznesmen Q.Taun 1886 –cı ildə Amerikanın mühəndis-mexanik cəmiyyətində çıxış edərkən birinci dəfə “Menecment” ifadəsini işlətmişdir. O, vaxtdan başlayaraq “Menecment” ayrıca bir elmi fənn kimi qiymətləndirilmişdir. Bəzi iqtisadçılar “menecment” dedikdə aşağıdakıları nəzərdə tutur: a) sahibkarlıq fəaliyyətinin təşkili; b) firmanın iqtisadi strategiyasının hazırlanması; v) idarəetmənin təşkili.
Ayrı-ayrı ədəbiyyatlarda “menecer”, “menecment”, “idarəetmə”, “rəhbərlik” anlayışları təxminən eyni mənada işlənir. İdarəetmə hər hansı bir hadisə və sistemə məqsədyönlü, şüurlu təsiretmə prosesidir.
İdarəetmə prosesi universal xarakter daşıyır və müəyyən kooperasiya-istehsal əlaqələri şəraitində baş verir. Hər bir elmin predmeti olduğu kimi idarəetmə elminin də öz predmeti vardır. Elmin məzmunu onun predmetindən daha genişdir. Məsələn, idarəetmə elminin məzmunu aşağıdakılardan ibarətdir:
1) idarəetmə nəzəriyyəsi 3) idarəetmə metodları
2) idarəetmənin təşkili 4) idarəetmə texnikası
Dostları ilə paylaş: |