4. Səlahiyyətlərin ötürülməsi. Lider axırıncı ehtiyat kimi çıxış edir. Görülən işin əsas hissəsinə qrupun ayrı-ayrı üzvləri nəzarət edir. Onların səlahiyyətinə gündəlik yoxlama və nəzarət aiddir. Bu cür üslub yüksək səviyyədə peşəkar olan və öz güclərini yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq olunur. Bu cür şəraitdə idarəetmə öz təşkilatına məsuliyyətlə yanaşan və pozitiv münasibətli adamlar tərəfindən həyata keçirilir. Bu cür rəhbərliyə xas olan üsluba aşağıdakılar aiddir:
- məqsədlərin aydınlaşdırılması və onlara münasibətdə razılıq əldə edilməməsi:
- əgər sizdən xahiş etsələr kömək edin:
- başqalarının işlərinə qarışmaqdan çəkinin:
- xahişlərə ciddi reaksiya verin. Qeyd etmək lazımdır ki, yaxşı lider qrupun daha yüksək səviyyəli məsuliyyət və səriştəlilik istiqamətində inkişafına kömək edir. Aşağıdakı cədvəldə müxtəlif səviyyəli işçi qrupları üçün müvafiq gələn rəhbərlik üslubunun uyğunluğu əks olunmuşdur.