Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə13/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   9   10   11   12   13   14   15   16   ...   67
Planlaşdırmanın növləri.

Planlaşdırma sisteminin aşağıdakı iki növünü: tex­ni­ki – iqtisadı və operativ planlaşdırma növlərini fərq­lən­di­rirlər.

Texniki–iqtisadi planlaşdırma müəssisənin müvafiq plan dövründə dövlət tapşırıqlarının və istehlakçıların si­fa­riş­lərinin yerinə yetirilməsinə yönəldilmiş texniki, iqti­sa­di, təşkilati və sosial inkişaf planlarının işlənib hazır­lan­ma­sı­na dair hesablamalar sistemidir. Texniki – iqtisadi plan­laş­dır­manın iki növünü: qısa və uzunmüddətli növlərini fərq­lən­dirirlər.

Uzunmüddətli planlaşdırma – beş il üçün iqtisadi və sosial inkişaf üzrə tapşırıqların işlənib ha­zırlanmasını nəzərdə tutur. Ha­zır­da uzunmüddətli planlaşdırma funksiyasını strateji pla­n­laş­dırma yerinə yetirir.

Qısamüddətli planlaşdırma–uzunmüddətli plan tap­şı­rıq­larına əsasən müvafiq il üçün plan tapşırıqlarını müəy­yənləşdirir. Hazırda müəssisənin qısamüddətli planı funk­si­yasını biznes – plan yerinə yetirir.

Operativ planlaşdırma – ümumi plan tapşırıqlarının iş yer­lərinə (icraçıya) çatdırılmasına imkan verən plan­laş­dır­ma iş növüdür.

Bizness plan

Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliy­yə­ti­nin planlaşdırılması sistemində özünəməxsus rol oy­na­yan və sahibkarlıq fəaliyyətinin inkişafında  mühüm əhə­miy­yət kəsb edən planlardan biri də biznes-plandır.

Rabitənin planlaşdırılmasının inkişafından bəhs olu­nar­kən sahibkarlıq fəaliyyətinin planlaşdırılması başqa söz­lə, biznes-planların tərtibi, məqsədi, məzmunu, quru­lu­şu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir.

Biznes-planın tərtibində ümumi məqsəd istehsal sa­hib­karlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biz­nes fəaliyyətinə şirnikləndirməkdir.

Biznes-planlar tərtib olunarkən aşağıdakı şərtlərə əməl edilir:

- biznes–plan çox yığcam, sadə, tez dərk oluna bilən tərzdə peşəkarlıqla tərtib olunmalıdır;



- biznes–planın investorlar üçün cazibədar və an­la­şıq­lı olması məqsədilə o, bölmələr üzrə işlənib ha­zır­lan­ma­lı­dır;

- biznes–plan özünün obyektiv qiymətini almalı və bunun üçün o, sahibkarlıqla məşğul olacaq kollektivin hər biri tərəfindən öyrənilməlidir, auditor xidmətindən də istifadə etmək və onun rəyini də bilmək vacibdir;

-   biznes-plan potensial investora ilkin variantda təqdim edilməli və əgər planın onda maraq doğruluğuna inam yaranırsa, yalnız bu halda – planın məxfi saxlanılan cə­hətləri də aşkarlanır və onun müfəssəl variantı sər­ma­yə­çi­yə təqdim olunur.


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin