Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


Əsas fondların mahiyyəti və tərkibi



Yüklə 124,6 Kb.
səhifə17/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   13   14   15   16   17   18   19   20   ...   67
1. Əsas fondların mahiyyəti və tərkibi.

2. Əsas fondların qiymətləndirilməsi

1. Əsas fondların mahiyyəti və tərkibi.Müəssisənin əsas istehsal fondlarına hər şeydən əv­vəl istehsal prosesində iştirak etmə xarakterindən asılı ola­raq, istehsal və qeyri-istehsal əsas fondlara bölünür. İ­s­teh­sal əsas fondları  maddi istehsal sferasında, qeyri-is­teh­sal əsas fondları isə qeyri-istehsal sahələrində fəaliyyət gös­tə­rir­lər.

Mülkiyyət formasından asılı olaraq, əsas fondlar döv­lət, kooperativ və xüsusi formalara ayrılır.

Müəyyən fəaliyyətdə iştirak edərək, istehsal təyi­na­tı­na görə əsas fondları doqquz qrupa ayrılır:

-  istehsal-texniki və qeyri-istehsal təyinatlı binalar;

-  qurğular və tikililər;

-  ötürücü qurğular;

-  güc maşın və avadanlıqları (elektrik mühərriklər, transformatorlar, elektrik generatorlar, elektroburlar və s.);

-  iş maşın və avadanlıqlar. Bunlar əsas fondların  ən mühüm tərkib hissəsidir və müəssisənin istehsal gücünün əsas hissəsini təşkil edir;

-  ölçü və nizamlayıcı cihazlar, qurğular və labo­ra­to­ri­ya avadanlıqları;

-  hesablama texnikası;

-  hər növ nəqliyyat vasitələri (avtomobil, dəmir yol, hava və su nəqliyyat növləri);

-  hər növ texnoloji alət və ləvazimatlar, istehsal və təsərrüfat inventarı və s. daxil edilir.

İstehsal binalar qrupuna müxtəlif istehsal işləri icra edi­lən bütün binalar, yəni əsas və yardımçı sexlərin və la­bo­ratoriyaların binaları və başqa bu kimi binalar daxildir.

İstehsal əsas fondları istehsalda fəal iştirakına görə ak­tiv və passiv hissələrə ayrılır. Aktiv hissəyə qurğular, güc maşın və avadanlıqları, mühərriklər, iş maşınları, ava­dan­lıqlar və s., passiv hissəsinə – binalar, inventar, la­bo­ratoriya ləvazimatı və s. aiddir.

İstehsal əsas fondların müxtəlif qruplarının onların ümu­mi dəyərindəki nisbətləri əsas fondların strukturunu xa­rakterizə edir və faizlə ifadə olunur. Əsas fondlarının struk­turu o halda mütərəqqi hesab edilir ki, onun tər­ki­bin­də qurğuların xüsusi çəkisi yüksək olur. Bu istehsal əsas fond­ların hər manatına daha çox məhsul buraxılışına im­kan verir.

Əsas fondların ayrı-ayrı növləri arasındakı nisbət on­la­rın quruluşunu təşkil edir ki, bu da ayrı-ayrı sahələrin is­teh­sal xüsusiyyətlərindən asılıdır.




Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin