Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


Əsas fondların aşınması və amortizasiyası



Yüklə 124,6 Kb.
səhifə19/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   15   16   17   18   19   20   21   22   ...   67
8.Əsas fondların aşınması və amortizasiyası.
İstehsal prosesində əsas fondlar qeyd etdiyimiz kimi, ilkin natural formasını saxlayaraq, tədricən köhnəlir və aşı­nırlar. Köhnəlmə ifadəsi ilə əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi nəzərdə tutulur və yaradılmış məhsulun üzərinə hissə-hissə keçirilir.

Hər bir müəssisə müntəzəm surətdə xüsusi fonda, əsas fondların köhnəlməsini əks etdirən miqdarda ayır­ma­lar keçirməlidir. Müəssisənin bir il ərzində xüsusi fonda ke­­çirdiyi ayırmalar, təbii olaraq, əsas fondun illik köh­nəl­mə kəmiyyətini əks etdirməlidir. Bu ayırmalara amor­ti­za­si­ya ayırmaları, toplanan vəsaitə isə  amortizasiya fondu de­yilir.



Amortizasiya – istehsal əsas fondlarının dəyərinin həmin fondların köməyi ilə yaradılmış məhsulun üzərinə tədricən keçirilməsi, pul vəsaitlərinin məqsədli yığımı və sonrakı təkrar istehsalında, bərpasında istifadəsi deməkdir. Əsas fondların bütün iş dövrü üçün edilən amortizasiya ayır­maları həmin fondların yaradılması və bərpa edilməsi xərc­­lərini ödəməlidir

İllik amortazisiya ayırmalarının kəmiyyəti amor­ti­za­si­ya norması əsasında müəyyən edilir. Amortizasiya nor­ma­sı – amortizasiya  ayırmalarının əsas fondların orta illik də­yərinə nisbətinin faizlə ifadəsidir, yəni:




Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin