1.Fiziki kapital. Fiziki kapital, yaxud sadəcə kapitalanlayışı altında əmtəə və xidmətlərin istehsalı üçün istifadə olunan avadanlıqları, bina və tikililəri başa düşürük
Istehsal amillərini əmtəə və xidmətlərin istehsalı üçün istifadə olunan resurslar kimi (əmək, kapital və s.) müəyyən etmişdik. Kapitalın əsas xüsusiyyəti onun istehsalın məhsulu olmasıdır. Başqa sözlə kapital yeni kapital da daxil olmaqla əmtəə və xidmətlərin yaradılması üçün istifadə olunan istehsal amilidir.
2.Insan kapitalı. Insan kapitalı anlayışı altında iqtisadçılar təhsil və əmək fəaliyyəti prosesində fəhlə tərəfindən əldə olunan bilikləri və əmək vərdişlərini başa düşürlər.
3.Təbii resurslar. Əmək məhsuldarlığını müəyyən edən üçüncü amil bir çox istehsal proseslərinin son elementi olantəbii resurslardır - torpaq, su, xammal və faydalı qazıntı ehtiyatları.
4.Texnoloji biliklər. Əmək məhsuldarlığının səviyyəsini müəyyən edən dördüncü amil texnoloji biliklər, yəni cəmiyyət tərəfindən əmtəə və xidmətlərin istehsalının ən yaxşı üsullarının başa düşülməsidir.