3. Taarif sistemi.
Rabitə müəssislərində əmək haqqının tənzimlənməsi və bu sahədə müəyyən sistemlilik yaratmaq üçün,yəni ixtisaslı və ixtisassız,ağır və yüngül,ziyanlı və ziyansız şəraitdə çalışanların arasında əmək haqqı üzrə nisbətin düzgün müəyyən olunması məqsədilə tarif sistemindən istifadə olunur.
Tarif sistemi 3 tərkib hissədən:
Taarif maaşından;
Taarif cədvəlindən;
Taarif ixtisas məlumat ( sorğu)kitabından ibarətdir
Tarif dərəcəsi dedikdə – vaхt vahidi (saat, gün, ay) ərzində yerinə yetirilmiş müəyyən mürəkkəblik səviyyəsində işlərə görə ödənişin həcmi başa düşülür.
Yerinə yetirilmiş işlərin dərəcəsindən asılı olaraq tarif dərəcələrinin həcmi arasındakı nisbət tarif əmsalı vasitəsilə müəyyən edilir.
Tarif iхtisas-məlumat toplusu özündə müvafiq iхtisaslı işçiyə qarşı irəli sürülən tələblər göstərilməklə iхtisasların və əsas iş növlərinin siyahısı əks etdirilir.
Rabitədə tarif bir saat ərzində görülən işlərin həcmi xronometraj metodu ilə müəyyən edilir.Norma hesablanır və hər tarifə uyöun olaraq bir saatın dəyəri müəyyən edilir
Dostları ilə paylaş: |